Britaniya qəzeti hesabat verərək bildirib ki, apardığı araşdırmalar göstərir ki, sionist rejimi hərbi cinayətlərin birində Livanın cənubunda 3 jurnalistin öldürülməsi və digər 3 jurnalistin yaralanması ilə nəticələnən bombardmanlar zamanı ABŞ sursatlarından istifadə edib.
Bu Britaniya qəzeti həftənin bazar ertəsi günü yazıb: Oktyabrın 25-də saat 3:19 dəqiqədə İsrailə aid bir qırıcı təyyarə əl-Məyadin və əl-Mənar şəbəkələrinin jurnalistlərinin qaldığı yerə iki bomba atıb. Bunun nəticəsində də, oradakı hər üç jurnalist şəhid olub və yaxınlıqda olan digər mediaların üç jurnalisti isə yaralanıb. Bu hücum baş verməzdən əvvəl və hücum zamanı orada heç bir bir qarşıdurma olmayıb.
Qəzet sionist ordusunun açıqlamasının əksinə olaraq hücum yerində Hizbullahın infrastrukturlarının olmasına dair heç bir sübut tapmadığını və bütün jurnalistlərin mülki şəxs olduqlarını yazıb. İsrail ordusu jurnalistlərdən hansı birinin Hizbullahın üzvü olduğu və araşdırmaların hansı yerə çatdığı barədəki suala cavab verməyib.
Hadisə yerində tapılan sursatların qalıqları onlardan azı birinin ABŞ dəsti ilə idarə olunaraq istənilən yeri vuran bombaya çevrilmiş 250 kq-lıq bir bomba olduğunu göstərir.
ABŞ qanunlarına əsasən, əgər bir ölkə bu ölkənin verdiyi silahlardan hərbi cinayətdə istifadə edərsə, həmin ölkəyə hərbi yardım dayanmalıdır. Amma sionist rejimin hərbi cinayət törətmək üçün ABŞ sursatlarından istifadə etməsi ilə bağlı çoxlu sübutlar olmasına baxmayaraq, bu rejimə olan hərbi yardım dayanmadan davam edib.
Eyni zamanda bazar ertəsi günü İnsan Haqlarına Nəzarət Təşkilatı da qeyd olunan hava hücumunun mülki şəxslərə qarşı böyük ehtimalla qəsdən törədildiyini və onun aşkar bir hərbi cinayət olduğunu açıqlayıb.
Bu təşkilat Vaşinqtondan İsrailə silah ixracatını dayandırmasını istəyib. Çünki “İsrail ordusunun mülki insanlara qarşı davamlı və qanunsuz törətdiyi hücumlar ABŞ rəsmilərini də hərbi cinayətə şərik edə bilər.”
Jurnalistləri Müdafiə Komitəsinin məlumatına əsasən, İsrail rejimi 2023-cü ilin Oktyabr ayının 7-dən indiyə qədər Livanda 6 jurnalisti və azı 122 jurnalisti də Qəzzə və İordan çayının qərb sahillərində şəhid edib. İsrail rejimi bu zaman kəsiyini son 40 ildə jurnalistlər üçün ən ölmücül dövrə çevirib.