Tel-Əviv məhkəməsi üç qızına qarşı cinsi zorakılıq edən sionist ravvinin adını açıqlayıb. İsraildə buna bənzər nümunələr az deyil.
Tel-Əviv Mərkəzi Məhkəməsi sionist “Breslov” dini təriqətinə bağlı tanınmış və təcavüzkar ravvin Eliahu Qudlifski-nin adının açıqlanmasına razılıq verib.
İvrit dilli vebsaytlardan biri yazıb ki, Qudlifski 2024-cü ilin Aprel ayında üç qızına qarşı seksual cinayətlər törətdiyinə görə məhkum edilmiş və həmin ilin İyununda 10 il həbs, şərti cəza və təzminat ödəməklə cəzalandırılmışdı. Lakin bu xəbər ilk dəfədir ki, mediada yayımlanır.
Bu sionist ravvinin adının açıqlanması zərərçəkmişlərin öz tələbi ilə baş verib. Uzun illər susqunluq içində yaşayan Qudlifski-nin üç qızı, İsrail Ədliyyə Nazirliyinin hüquqi yardım bölməsinin dəstəyi ilə onun kimliyinin açıqlanması qadağasının ləğv olunmasını tələb ediblər.
Qızlardan biri atasının adının dərcinə rəsmi icazə verildikdən sonra bildirib: “Nəhayət, nəfəs ala bilirəm. İllərlə haqsız yerə üzərimizdə daşdığımız utanma və susqunluq yerini tapdı.”
Son illərdə buna bənzər hadisələr
Bu, son illərdə baş vermiş bu kimi hadisələrin tək nümunəsi deyil. 2023-cü ildə İsrail məhkəməsi ravvin Rahamim Hayimi, üç yaşından on üç yaşına qədər öz qızına təcavüz etdiyi üçün 19 il həbs cəzasına məhkum edib.
Bundan əvvəl, 2013-cü ildə İsrailin tanınmış ravvinlərindən biri, on ildən çox müddətdə üç qızına qarşı davamlı cinsi istismar ittihamı ilə həbs olunmuşdu. Qüds bölgə məhkəməsinin təqdim etdiyi ittiham aktına əsasən, bu ravvin qızlarına 12–14 yaşlarından etibarən təcavüz etməyə başlamış və onlardan birini iki il boyunca istismar etmişdi. Onun adı isə heç vaxt açıqlanmayıb.
Bu hadisələr sionist ravvinlər arasında ailədaxili cinsi zorakılığın ciddi nümunələri kimi dəfələrlə diqqət mərkəzinə düşüb.