Sionist ordusunun keçmiş əsgəri vurğulayıb: Əsgərlər Qəzzədə bilərəkdən qadınları və uşaqları hədəfə alırlar. Çünki, sionist ordusundakı müharibə qaydaları qadınları, uşaqları və yaşlıları hədəfə aımağa icazə verir.
2005-2007-ci illərdə İordan çayının qərb sahillərində sionist ordusunun snayperçisi olmuş “Onir Cefaryahu” bir müddət əvvəl İsrailin “Sükutu pozmaq” təşkilatına qoşulub. Bu təşkilatın işi xidmətini başa vuran İsrail əsgərlənin etiraflarını dərc etməkdir.
Onir Cefaryahu deyib: “İsraillilər dünyanın ən əxlaqlı ordusundan danışırlar. Amma əxaqlı bir işğalçı olmağın mümkünsüzlüyünə dair açıq-açkar reallığı görməməzlikdən gəlirlər.”
Bu sionist əsgər sionist ordusunun fələstinli mülki şəxslərin həyatına əhəmiyyətsiz yanaşmasını tənqid edərək deyib ki, bu ordu, hətta səhv atəş açmaqla 3 İsrail əsgərini öldürüb.
Onir sionist ordusunun Qəzzədəki xilasediciləri, həkimləri və jurnalistləri qətlə yetirdiyinə işarə edərək, Qəzzəyə qarşı müharibəni sionist ordusunun gücünün aradan getməsinə səbəb olan bir qisas adlandırıb.
Cefaryahu ABŞ-ın Qəzzə müharibəsində İsraili dəstəkləməsini tənqid edib və bildirib ki, əgər Baydenin dəstəyi olmasaydı, bu müharibə bir saniyə də davam etməzdi.