Sionist rejiminin xəbər mənbələri həftənin bazar ertəsi günü axşam, sionist ordusunun ölənlərinin sayını açıqladığına görə, bu rejimin tanınmış müxbirinin həbs olunduğunu bildriblər.
Xarici KİV-in verdiyi məlumata əsasən, bu mənbələr bildiriblər ki, “Efraim Mordexay” Tel-Əviv xəstəxanalarından birində üst-üstə yığılmış onlarla İsrail hərbiçisinin cəsədini gördüyünü dedikdən sonra saxlanılıb. O, demişdi ki, İsrail ordusu cəsədi ailələrinə təhvil vermir.
Sionist rejimi Əqsa Fırtınası əməliyyatı başlayandan indiyədək 388 hərbiçisinin öldürüldüyünü etiraf edib.