İsveçdə Quranı təhqir edənlə sionist rejiminin casusluq agentliyinin əlaqəsi aşkar olunduqdan sonra sionist rejiminin Daxili Təhlükəsizlik naziri Quranın təhqir olunmasına haqq qazandırıb.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin Daxili Təhlükəsizlik naziri “İtemar bin Gvir” açıqlamasında İsveçdə Quranın təhqir olunmasına haqq qazandırıb.
İyulun 14-də verilən bu məlumata əsasən, sionist rejiminin Daxili Təhlükəsizlik naziri İsveçdə Quranın təhqir olunmasına “radikal İslam” adlandırdığı bəhanə ilə haqq qazandırıb. Amma bunun müqabilində Tövratın yandırılmasını “antisemitizm” adlandırıb.
Verilən məlumata əsasən, bin Gvir İstokholmda baş verən son hadisələrə işarə edərək İsveçi “radikal İslamla toqquşan” ölkə kimi təqdim edib.
Bununla yanaşı o, sözlərinin davamında deyib: “İsveç polisinin söz azadlığı pərdəsi altında İsrail səfirliyinin qarşısında Tövratın yandırılmasına razılıq verdiyini eşitdikdə, şoka düşdüm. İsrailin müqəddəslərinə ziyan vurmaq söz azadlığı deyil, əksinə “antisemitizm”-dir.
37 yaşlı, əslən iraqlı olan “Salvan Momika” İsveç polisindən icazə aldıqdan sonra İyunun 28-də İstokholmun mərkəzində şəhərin əsas məscidi qarşısında Quranın bəzi səhifələrini çıraraq yandırıb. İslam və ərəb ölkələri öz səfirlərini İstokholmdan geri çağırmaqla və həmçinin İsveç səfirlərini çağırmaqla təhqir edici addımların davam etməsinə nisbətdə öz etirazlarını bildiriblər.
İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi son günlərdə verdiyi bəyanatda bildirib ki, sionist rejiminin casusluq təşkilatının Qurani-Kərimi təhqir edən kəslə əlaqəsi aşkarlanıb.
Təhlükəsizlik Nazirliyi bildirib ki, əldə edilən etibarlı məlumatlara əsasən, Qurani-Kərimi təhqir edən “Salvan Momika” 1986-cı ildə İraqda doğulub və 2019-cu ildə sionist rejiminin casusluq şəbəkəsində xidmətə götürülüb. İraqda yaşadığı məntəqədə bədnam olan bu şəxs elə bu bədnamlığını, pis keçmişini sionistlərin arzuladığı tərcümeyi-hal kimi təqdim edib və onlar bunu qəbul edərək xoş qarşılayıblar.
Adı çəkilən şəxs bundan sonra müqavimət cərəyanının casusluğunda və İraqın bölünməsi layihəsinin irəliləməsində əsas rol oynayıb. İsveçdə yaşamağı isə izzətli İraq xalqına və əziz İslam ümmətinə etdiyi xəyanətlərin qarşılığı olaraq sionistlərdən istəyərək əldə edib.