Sionist qəzeti etiraf edib ki, sionist rejim ordusunun Qəzzə zolağında müqavimət komandirlərini hədəf aldığı iddialarına baxmayaraq, əslində bu rejim fələstinli qadın və uşaqları hədəf alaraq onları qətlə yetirib və yaralayıb.
Sionist qəzeti öz araşdırma hesabatını açıqlayarkən bildirib ki, Fələstinli mülki şəxslər sionist rejim ordusunun hücumlarının əsas hədəfi olublar.
Bu, sionist rejim ordusunun iddialarına ziddir. Çünki ordu guya dəqiq hücumlar həyata keçirərək Qəzzə zolağında Fələstin müqavimət komandirləri və döyüşçülərini hədəf aldığını iddia edib.
Qəzet öz araşdırmasında yazıb:
“Keçən çərşənbə axşamı (17 Mart axşamı), İsrail ordusunun sözçüsü iki video yayımladı. İlk videoda qaranlıqda havaya qalxan bir qırıcı təyyarə və daha sonra Apache helikopterinin pilotunun helikopterinin sursatlarını yoxlaması görünürdü. İkinci video isə Qəzza zolağında bombalanmış və dağıdılmış binaları göstərirdi, bu binalardan qalxan tüstü sütunları göyə yüksəlirdi.”
Əş-Şifa xəstəxanasının direktoru Dr. Məhəmməd Əbu Səlimiyyə müsahibəsində bu hücumun itkiləri barədə danışaraq bildirib:
“Çərşənbə günü səhər saatlarında təcili yardım şöbəsində 50, morqda isə 30 cəsəd var idi. Əməliyyat otaqları tam dolu idi və çox sayda yaralı gözlərimizin önündə həyatını itirdi, çünki onları müalicə edə bilmədik.”
Bu hücumdan bir həftə sonra – 8 Martın səhərində Qəzzə zolağına edilən ilk hücum və iki aylıq atəşkəsin sona çatmasından sonra – hər şey aydın oldu.
Fələstin Səhiyyə Nazirliyinin statistikasına görə, bu hücum nəticəsində 436 nəfər, o cümlədən 183 uşaq, 49 qadın və 34 yaşlı (65 yaşdan yuxarı) şəxs şəhid olub.
Bu rəqəmlər göstərir ki, 17Mart axşamı ilə 18 Mart səhəri arasındakı saatlar müharibənin başlanğıcından indiyə qədər Qəzzə zolağı üçün ən qanlı gecələrdən biri olub.