İsrail qəzeti Tel-Əviv Universiteti tərəfindən aparılan bir tədqiqatın nəticələrini dərc edərək bildirib: Qəzzədə döyüşmüş ehtiyatda olan hərbçilərin 12 faizi ciddi psixoloji pozuntulara məruz qalıb.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimin mediası öz hesabatında əlavə olaraq bildirib ki, ehtiyatda olan hərbçilərin psixoloji pozuntulara tutulması onların bu rejimin ordusunda xidmət etməyə hazır olmamasına səbəb olub.
Sionist qəzeti bundan əvvəl yayımladığı bir hesabatda “Əqsa Tufanı” əməliyyatından sonra bu rejimin hərbçiləri arasında ruhi xəstəliklərin altı dəfə artdığını bildirmişdi.
Hesabatda, həmçinin qeyd olunub ki, 2023-cü il Oktyabrın 7-dən etibarən intihar etməyi düşünən və ya intiharla təhdid edən sionist hərbçilərin sayı 145 faiz artıb.
Bundan əlavə, qəzet yazıb: Hazırda minə yaxın ehtiyatda olan hərbçi psixoloji sağlamlıq xidməti və bununla bağlı qayğılar alır və indiyədək bu xidmətlərdən faydalananların sayı 2 min nəfəri keçib.
Həmin sionist media, həmçinin bidirib: İsrailli hərbçilərin ruhi problemləri təkcə onların özləri ilə məhdudlaşmır, bu problemlər ailələrinə də təsir göstərir.