Tanınmış israilli jurnalist İsrailin baş nazirinin son açıqlamalarına istinad edərək bildirib ki, onun çoxsaylı yalanlarının ardınca getmək hökumətin bütün resurslarını tələb edən çətin bir missiyadır.
Xarici KİV-in verdiyi məlumata əsasən, məşhur israilli jurnalist “Ben Kaspit” Maariv qəzetində İsrailin baş naziri “Benyamin Netanyahunun” ötən həftə korrupsiya işləri ilə bağlı məhkəməsi zamanı danışdığı yalanlarına toxunaraq deyib: “Benyamin Netanyahunun yalanlarının ardınca getmək, hökumətin yorucu bir missiyasıdır və bu, hətta təyyarə resursları tələb edir. Bu adam günün 24 saatı, istənilən vaxt, istənilən havada və istənilən dildə yalan danışır (bu həftə biz Ravvin Hirşlə söhbətdə onun ingiliscə yalanlarını ifşa etdik).
Ben Kaspit deyib: Netanyahu 1999-cu il seçkilərindən və bu seçkilərdəki məğlubiyyətindən sonra siyasi səhnəni tərk edərək “keçmiş siyasətçi” olduğunu və siyasətə qayıtmaq fikrində olmadığını açıqlayanda hakimlər qarşısında yalan danışdı.
O, əlavə olaraq deyib: Netanyahu iddia etdi ki, onun nüfuzlu insanlarla əlaqəsi “tamamilə səlahiyyətli və qanuni”dir.
İsrailli jurnalist bildirib: “Netanyahu istefa verən kimi siyasətə qayıtmaq üçün əməli şəkildə kampaniyaya başladı və onun qüvvələri bunu bizə təsdiqlədi”.
O, sözlərinin davamında qeyd edib: O, həmçinin vəzifədə olduğu müddətdə mübahisə etdiyi bütün jurnalistlər və köşə yazarları ilə qrup barışıq kampaniyasına başladı.
Ben-Kaspit, həmçinin deyib: Netanyahu mənə birbaşa olaraq siyasətə qayıtmaq istədiyini vurğuladı və aramızdakı istənilən söhbət bunun ətrafında gedirdi. Söhbətimizin sonunda o, mənə yalvardı: Mənə bir yaxşılıq et və Saranı (Netanyahunun həyat yoldaşı) tək burax. Mən ona dedim: “Nə qədər ki, o (Sara) dövlət işlərinə qarışmır, mənim də onun işlərinə qarışmaq istəmirəm.”