Oktyabrın 7-də baş vermiş hücum zamanı İsrail mediaları bu rejimin ordusunun əsirlərin öldürülməsinə icazə verən Hannibal Protokolu icra etdiyini bildirib və bu barədə araşdırma aparılmasını istəyiblər.
Bu barədə sionist rejimində fəaliyyət göstərən bir kapitan etiraf edib və bildirib ki, 7 Oktyabr hücumlarında israilli əsir hərbiçilərinin öldürülməsini praqnozlaşdıran “Hannibal Protokolu”nu icra ediblər.
Sionist rejimi ordusunda çalışan kapitan Bər Zunşin İsrail TV kanallarından birinə verdiyi müsahibədə etiraf edib ki, Oktyabrın 7-də “israilli” əsirlərin öldürülməsini gərəkli edən “Hannibal Protokolu”nu icra edib və Fələstində öz hərbi əsirlərini hədəfə alıblar.
“İsrailli” kapitanın bu etirafı “İsrail” qüvvələrinin Fələstində öz əsir əsgərlərini və mülki şəxslərini hədəfə aldıqları ilə bağlı iddiaları təsdiq edir.
O, əlavə edib: “İsrailli” əsgərlərinn güllələnməsi ehtimalı barəsində “bu nəticəyə gəldik ki, insan oğurluğunu dayandırmağımız daha yaxşıdır.”
Zunşin Oktyabrın 9-da 2 maşın müşahidə etdiklərini bildirərək deyib: Bu iki maşında cəsəd yoxsa canlı insan olduqlarını bilmədiyim çoxlu sayda insan var idi və mən bu iki maşına hücum etmək qərarına gəldim.
O, “Ola bilsin ki, onları siz öldürmüsüz, onlar sizin əsgərlərinizdir” sualının cavabında deyib: “Düzdür. Amma qərara gəldim ki, bu qərar düzdür və onların öldürülməyi onların oğurlanmasından daha yaxşıdır.”
O, düzgün rəftar etdiyini hiss etdiyini bəyan edərək vurğulayıb ki, bu işi Hannibal Protokolu çərçivəsində həyata keçirib.
Sionist rejimi tərəfindən ixtira edilən “Hannibal Protokolu” keçmişdə bir neçə dəfə istifadə olunan hərbi strategiyadır. Onun əsas hədəfi sionist hərbiçilərinin yaxud mülki şəxslərinin nəyin bahasına olursa olsun, hətta onların öldürülməsi ilə nəticələnsə belə, Fələstin müqavimət qüvvələri tərəfindən saxlanılmasının qarşısının alınmasıdır. Sionistlər bu protokolu adlandırmaq üçün Karfagen generalı “Hannibal”ın tarixi hadisəsindən istifadə ediblər; Hannibal Roma əsgərləri tərəfindən əsir düşməsin deyə zəhər içməklə özünə qəsd edib.