Sionist rejiminin ordusunun bir neçə hərbiçisi Qəzzə zolağındakı Fələstin xalqına qarşı dəhşətli cinayətlərinin bir hissəsini faş edib. Bu hərbiçilər ləzzət almaq və yorğunluğu çıxarmaq üçün onlara tərəf atəş açmaqdan və fələstinli şəhidlərin cənazələrini küçələrdən buldozerlə yığmaqdan danışıblar.
Sionist rejiminin mediaları sionist rejiminin bir neçə hərbiçisinin Qəzzə zolağına qarşı təcavüzkar müharibədə rəftarları barəsində söylədiklərini üzə çıxarıblar.
Bu sionist hərbiçiləri öz etiraflarında bildiriblər: Biz Qəzzə zolağında özbaşına atəş açırdıq, evləri yandırırdıq və cəsədləri küçələrdə tərk edib gedirdik. Qəzzə zolağında 16-50 yaşlı kişi bizim üçün dağıdıcı ünsür hesab edilirdi. Bizim qüvvələrə yaxınlaşan hər bir kişiyə atəş açmaq üçün icazəmiz var idi. Bizim, həmçinin ləzzət almaq və heç bir müəyyən məqsəd olmadan insanlara atəş açmaq icazəmiz vardı.
Hərbiçilər, həmçinin deyiblər: Humanitar yardım karvanları görməsinlər deyə, Qəzzə xalqının cəsədləri buldozerlərlə yığılırdı.
Bu sionist hərbiçilərindən biri hövsələsizlik və yorğunluq üzündən atəş açdığını etiraf edib.
Bu sionist hərbiçiləri öz cinayətlərini Qəzzə zolağındakı ordu komandirlərinin razılığı ilə həyata keçirdiklərini açıqlayaraq deyiblər: İsrail ordusu hamının Qəzzə zolağında təmənnasız zorakılığa əl atmasına razılıq verib. Qəzzə zolağında atəş açmaqla bağlı qayda-qanunlar demək olar ki, yoxdur. Ürəyimiz istədiyi kimi atəş açırıq, evləri yandırırıq və cəsədləri küçələrdə tərk edirik. Bütün bu addımları komandirlərimizin icazəsi ilə atırıq.