Sionist rejiminin ordusunun hərbi məlumatlar şöbəsinin keçmiş rəhbəri etiraf edib ki, Tel-Əvivin İrana qarşı ağır iqtisadi sanksiyaları və ABŞ-n hərbi maneəçilik planının yaradılmasına əsaslanan strategiyası məğlubiyyətə uğrayıb.
Sionist rejiminin ordusunun hərbi məlumatlar şöbəsinin keçmiş rəhbəri, general Tamir Haymen Netanyahunun başçılıq etdiyi bu rejimin yeni kabinetinə xəbərdalıq edib ki, İran əleyhinə olan strategiya bir nəticəyə çatmayacaq.
O, sözlərinin davamında İran əleyhinə əsassız iddialar səsləndirərək deyib: “Əgər İran atom bombası əldə etsə, biz ilk dəfə İsrailin mövcudluğunun təhlükəyə düşməsi vəziyyəti ilə qarşılaşacağıq. Gərək İsrail siyasətçiləri İranın nüvə təhlükəsini başa düşsünlər.”
Sionist rejimin keçmiş rəsmisinin əsassız iddiaları Tehranın dəfələrlə siyasi doktrinasında bomba hazırlamağın yerinin olmamasını vurğuladığı bir vaxtda səsləndirilib.
Sionist general etiraf edib: ABŞ-ın müzakirələrdən çıxmasından sonra formalaşan sanksiyalar siyasəti, İranın siyasi və iqtisadi təcridinə səbəb olmadı və görünən təcrid real deyildi. Çünki, Rusiya və Çin iqtisadiyatının dəstəyinə malikdir. Onlar (İranlı məsullar) özlərini iqtisadi cəhətdən təcrid olunmuş hesab etmirlər.
Haymen deyib: ABŞ-ın son milli təhlükəsizlik stategiyası sənədini oxuyan hər bir kəs, Amerikalıların İran hökumətini devirmək üçün hərbi qüdrətdən istifadə etmə qəsdlərinin olmamasını başa düşər. Onlar bunu aşkar şəkildə yazıblar və bu məsələ gizli deyil. ABŞ-ən indiki strategiyası sanksiya və maneəçilik yaratmağa əsaslanır. Bu strategiya da aradan gedib və artıq yoxdur.
Sionist rejiminin baş naziri Netanyahu və sionist rejiminin casus şəbəkəsinin (Mossad) rəhbəri görüşüblər. Bu rejimin baş nazirinin ərəb sözçüsü bir bəyanatda bildirib: “Bu görüşdə baş nazir, Mossadın informasiya məlumatları, cari əməliyyatlar və bütün fəaliyyətləri xüsusən də İran barəsindəki fəaliyyətləri barəsində məlumatlandırılıb.