Sionist rejiminin müştərək ordu qərargahının keçmiş rəhbəri vurğulayıb ki, bu rejimin baş naziri və Müdafiə naziri ordunun vəziyyətini düzgün təqdim etmirlər.
Sionist rejiminin yüksək rütbəli generalı və bu rejiminin müştərək ordu qərargahının keçmiş rəhbəri (2015-2019) “Qadi Eisenkot” deyib ki, baş nazir Benyamin Netanyahu və Müdafiə naziri Yoav Qallant rejimin ordusunun vəziyyəti barəsində yalan danışırlar.
Eisenkot verdiyi müsahibədə vurğulayıb: “Qallant və Netanyahu (ordunun vəziyyəti barəsində) yalnış görüntü təqdim edirlər. Çünki, bu sahədə çox mürəkkəblik var. Əgər vəziyyət gələcək aylarda belə davam edərsə, ordu da əziyyət çəkəcək. Hal-hazırda komandirlər arasında heç bir güvən yoxdur.”
O, ordudakı birliyin aradan getməsinə işarə edərək deyib: Bunu bəzi bölmələr və alaylarda görmək olar. Bir sira pilot öz fəaliyyətini dayandırıb. Ordunun gücü bir gündə yaranmır, amma hal-hazırda yaranmış boşluqlar çox narahat edicidir.
Bu sionist general, Qallantı və onun ağıllılıq arqumenti qanununun ləğvinə dair müsbət rəyini şiddətli şəkildə qınayaraq deyib: Qallant öz səlahiyyətləri çərçivəsində addımlar atmalıdır. Bu məsələ Fələstin ərazisində özbaşınalığa səbəb olacaq. (Bezalel) Smotriç (Maliyyə naziri) də İordan çayının qərb sahillərində qanunu pozur. Təhlükəsizlik naziri də İordan çayının qərb sahillərində polisin işinə qarışmamalıdır ki, ordu da öz vəzifələrini yerinə yetirə bilsin.
Ağıllılıq arqumenti qanununa əsasən, baş nazirin özü yaxud Nazirlər Kabineti üçdə iki səs çoxluğu ilə, fiziki yaxud ruhi qüsuruna görə baş nazirin öz vəzifələrini yerinə yetirmə səlahiyyətinə malik olmadığını elan etməlidir. Bundan sonra Nazirlər Kabinetinin rəyi fövqəladə çoxluqla Parlamentdə təsdiq olunmalıdır.
Bu qanun Ali Məhkəməni “baş nazirin öz vəzifələrini yerinə yetirməkdəki qüsurunun elan olunması müraciəti”-nə baxmağı qadağan edir. Bu bənd 29 Dekabrda təşkil olunmuş Netanyahu kabineti tərəfindən təqdim edilmiş və Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran məhkəmə dəyişiklikləri layihəsinin 8 bəndindən biridir.
Eisenkot sionist rejiminə qarşı hər gün artan təhdidlər barəsində də deyib: Bu gün vəziyyət mənim dövrümlə müqayisədə çox ağırdır. İran da strateji baxımdan yaxşı vəziyyətdədir. Fələstin Muxtariyyətinin zəifləməsi ilə də İordan çayının qərb sahillərində vəziyyət ağırdır və Həmasın Qəzzədə gücü artıb.