Hər gün sionist rejimi ordusunda fitnə-fəsadla bağlı yeni xəbərlər üzə çıxır. Son günlər işğalçı sionist rejiminin polisi ehtiyatda olan əsgərlərindən birini qadın əsgərə qarşı təcavüz ittihamı ilə həbs etdiyini açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, cinsi təcavüzlə bağlı bu hadisə müharibənin ilk günlərində və minlərlə sionist əsgərinin Qəzzə zolağı və digər məntəqələrdə yerləşdirilməsi ilə eyni zamanda baş verib.
İsrail rejiminin Nəzarət və Təftiş idarəsi bu rejimin ordusunda, polisində, İctimai Təhlükəsizlik Agentliyində (Şabak) və həbsxana idarələrində işləyən hərbiçi qadınların vəziyyəti açıqlayıb və bildirib ki, onların təxminən üçdə biri həmkarlarının və komandirlərinin cinsi zorakılığına məruz qalıb.