Demokrat senator və ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin yüksək vəzifəli üzvü Mark Kelli sionist rejiminin iki həftə əvvəl cümə günü törətdiyi cinayətdə idarə edilən Amerika istehsalı olan bombalardan istifadə etdiyini etiraf edib.
Kelli Sentyabrın 29-da verdiyi müsahibədə sionist rejiminin bu hücumda “Mark 84” seriyalı 900 kq-lıq (2000 funt) bombalardan istifadə etdiyini bildirib.
İlk dəfədir ki, amerikalı rəsmi şəxs həmin cinayətdə ABŞ silahlarından istifadə edildiyini aşkar şəkildə bəyan edir.
Arizona ştatından olan bu senator deyib: Biz idarə olunan JDAM-dan (Birgə Birbaşa Hücum Sursatları) daha çox istifadə edildiyinə şahid oluruq və həmçinin bu silahları tədqim edirik.
Amerikalı senator etiraf edib ki, cümə günündə Seyid Həsən Nəsrullahın şəhadəti ilə nəticələnən hücumda 900 kq-lıq bombalardan istifadə edilib.
Qeyd edək ki, Sentyabrın 28-də sionist rejiminin təyyarələri Beyrutun Zahiyə bölgəsində yerləşən Harrə Hərik məhəlləsindəki yaşayış məhəllələrini ağır və fasiləsiz olaraq bombalayıb.
Livan Hizbullahı ondan sonra şənbə günü verdiyi bəyanatda bu cinayətkar hücum zamanı Seyid Həsən Nəsrullahın şəhid olduğunu açıqlamışdı.
Bəyanatda deyilir: Cənab ustad, müqavimət rəhbəri və saleh bəndə böyük şəhid, şücaətli rəhbər, igid, hikmətli və bəsirətli mömin kimi əbədi şəhidlər karvanına qoşuldu. Seyid Həsən Nəsrullah təxminən 30 il qələbəyə doğru yönəltdiyi böyük şəhidlərə qovuşdu.
Bəyanatda, həmçinin deyilir: Seyid 1992-ci ildə müqavimətin seyid əş-şuhədasının (müqavimətin şəhidlərinin ağası) yerinə keçib. O, müqavimətə 2000-ci ildəki təmizləmə əməliyyatında, daha sonra 2006-cı ildə və Fələstinin, Qəzzənin və məzlum Fələstin xalqının himayəsi ilə bağlı döyüşlərə qədər digər döyüşlərdə rəhbərlik edib.