Sosial şəbəkə istifadəçiləri Səudiyyə Ərəbistanının vəliəhdi olan İbn Salmanın qadınlarla əl verərək görüşməsini göstərən video paylaşıblar.
Səudiyyəli tədqiqatçı və siyasi fəal “Fəhd əl-Ğufeyli”, Twitterdə bin Salmanın qadınlarla əl verib görüşməsini tənqid edib və onun İslam adət-ənənələrinə zidd olduğunu bildirərək yazıb: Mənim fikrimcə… İbn Salmanın qadınlarla əl verib görüşməsi adi bir məsələdir. Əxlaqsızlığı və fəsadı yayan, İslamla mübarizə aparan, alimləri həbs edən hər bir kəsdən bundan da kənara çıxmasını gözləyirik.