Beynəlxalq etirazların olmasına baxmayaraq, əsası olmayan həbslər, məhbusların ailələrinin xəbərsizliyi Ərəbistanın ideoloji, alim məhbuslarının yoxa çıxması hələ də davam edir.
Salman əl-Ovdə, Malik əd-Dəviş, atası Süleyman ad-Dəviş, əl-Casir bəzi ideoloji məhbuslardırlar ki, yoxa çıxdıqdan sonra səsləri bu rejimin təcridxanalarından eşidilib.
Xaici KİV-in verdiyi hesabatda deyilir: İbn Salman rejimi, əsassız həbslərlə bağlı beynəlxalq müqavilələri pozub. Bu müqavilələrin birinci bəndində deyilib ki, dövlətlərin heç bir şəraitdə, hətta müharibə şəraitində belə hər hansı bir bəhanə ilə heç bir şəxsi oğurlamağa icazələri yoxdur.
İbn Salman rejimi, hökumət təcridxanalarında saxlanılan ideoloji məhbusların taleyi ilə bağlı mənəvi, hüquqi məsuliyyət daşıyır və gərək yoxa çıxanların taleyi barədə xəbər verib, heç bir qeyd-şərt olmadan onları azad etsin.
Ötən illər ərzində qanun çərçivəsindən kənar edamlar, işgəncə, əsassız həbslər, qəflətən yoxa çıxmalar, siyasi və hüquq müdafiəçilərinin həbsləri, Ərəbistanda olan dini azlıqların qanuni istəklərinin tapdanması barədə çoxlu hesabatlar sızdırılıb.
İnsan Haqları Müdafiəsinin Beynəlxalq Təşkilatlarının bir çoxu narahtlıqlarını bildirərək deyiblər ki, Ərəbistan qanunlarında boşluqların olması, ölkənin hakimlərinə yeniyetmələrin edam cazaları ilə bağlı hökm çıxarmalarına davam etmələri üçün icazə verir.