Kaset bombası 5 yəmənli uşağı hədəf aldı!
Yəməndə illərlə davam edən müharibədən qalan kaset bombalarının partlaması mülki vətəndaşların, xüsusilə də yəmənli uşaqların həyatına son qoymağa davam edir.
Yəmənin qərbindəki Əl-Hədidə əyalətində kaset bombasının partlaması nəticəsində 1 uşaq ölüb, daha 4-ü yaralanıb.
Əl-Məsirə kanalının məlumatına görə, partlayış Əl-Huk şəhərində uşaqlar oynayan məntəqədə baş verib. Kaset bombaları bundan sonra da uzun illər itkilərə səbəb ola bilər.
Ötən gün Əl-Cəvf əyalətinin Əl-Həzm şəhərində kaset bombasının partlaması nəticəsində 3 yəmənli mülki şəxs həlak olub, 3 nəfər isə yaralanıb. Onların maşını bu bombalardan birinin üzərinə çıxıb və partlayışa səbəb olub.
Kaset bombaları Yəməndə 7 illik müharibə zamanı Səudiyyə-Əmirlik koalisiyasının dəfələrlə istifadə etdiyi və beynəlxalq səviyyədə qadağan olunmuş silahlar sırasındadır.
Piyadaların itkisi üçün nəzərdə tutulan bu bombalar böyük bir əraziyə atılır və bir şəxs və ya nəqliyyat vasitəsi onlara toxunanda partlayış baş verir.
İnsan Haqları Təşkilatları müharibə zamanı dəfələrlə ABŞ-ı Səudiyyə koalisiyasına bu cür bombaların satışını dayandırmağa çağırmasına baxmayaraq, bu tələbə əsla məhəl qoyulmayıb.
“İntisaf” insan haqları təşkilatının 2022-ci il martın 24-ündə açıqladığı son rəqəmlərə görə, Yəməndə 7 illik müharibənin əsas qurbanları arasında uşaqlar, qadınlar və mülki şəxslər var.
Müharibə zamanı 6264 qadın və uşaq öldürülüb, onlardan 2428-i qadın, 3848-i isə uşaqdır.
Bu arada koalisiya qüvvələrinin hücumlarında 2852 qadın və 4217 uşaq isə yaralanıb.