Qadın fəal ABŞ dövlət katibi Marko Rubionun çıxışı zamanı fələstinli uşaqların Amerika bombaları ilə öldürülməsinə etiraz edib.
Sosial şəbəkə istifadəçiləri bu qadın fəalın adının “Samer Mubarak” olduğunu və onun əslən fələstinli olduğunu bildiriblər.
Sosial şəbəkələrdə yayılan videoda Samerin ABŞ Konqres Polisi tərəfindən saxlanılması göstərilir.
ABŞ dövlət katibi Marko Rubionun Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qarşısında çıxışı zamanı onun sözünü kəsərək, amerikalı diplomatın sionist lobbi AIPAC-dan milyonlarla dollar almasına işarə edib.
Samer Rubionun pulu “fələstinli uşaqları öldürmək” üçün aldığını bildirib.
İsrailyönlü lobbilərin rejimi dəstəkləyən siyasətçilərə maliyyə ianələri son illərdə müstəqil fəalların daim diqqət mərkəzində olub.
Keçən il ABŞ Senatında nümayəndə olan Marko Rubio israilyönlü lobbi qrupu olan AIPAC-dan 1 milyon dollardan çox maliyyə yardımı alıb.
Rubio bir çox digər Amerika siyasətçiləri kimi İsrail rejiminin qatı tərəfdarıdır.
İnternetdə yayılan videoya əsasən, Samer Konqres polisi tərəfindən təcridxanaya aparılarkən bunu Qəzzəyə dəstək üçün etdiyini dəfələrlə vurğulayıb.
O, ABŞ-dan İsrailə göndərilən bombalar səbəbindən 14 min uşağın İsrail rejimi tərəfindən qətliama məruz qaldığını deyib.
