Səudiyyəli jurnalist Turki Şahlub, Twitter səhifəsində, yaşamaq üçün yol kənarında oturub alver edən bir qadının fotosunu paylaşıb.
O, öz səhifəsində yazıb: Ronaldoya yarım milyard dollar verilir, bu məbləğin bir neçə qatı isə bayramların, konsertlərin və axmaq fikirli layihələrin icrası üçün xərclənir. Eyni zamanda bu ərəbistanlı qadın və onun kimi minlərlə insan dolanmaq üçün səkilərdə alver edirlər. Bu necə zülmdür!
