Amerika prezident seçkilərində namizəd və ölkənin sui-qəsd olunmuş keçmiş prezidentinin qardaşı oğlu, Amerika prezident seçkilərindəki namizədliyini elan etdiyi çıxışında bildirib ki, Vaşinqton İŞİD-i yaradıb və bu ölkənin polisi korrupsionerdir.
Xarici KİV-in verdiyi məlumata görə, “Can F. Kennedi”-nin qardaşı oğlu “Robert F. Kennedi”, çərşənbə günü Demokratiya partiyasının nümayəndəsi olaraq 2024-cü ildə prezident seçkilərində seçilmək üçün öz namizədliyini rəsmi olaraq elan edib.
O, prezident seçkilərindəki namizədliyini elan etdiyi çıxışında deyib: “Polis korrupsionerdir, biz İŞİD-i yaratdıq. Biz 2 milyon qaçqını Avropaya göndərdik. Orada Brexit-lə nəticələnən demokratiyanın qeyri-sabitliyinə zəmin yaratdıq. Bu, İraq müharibəsinin xərcidir. Orada 8 min milyard dollar xərclədik və korona tətilləri üçün 16 min milyar dollar xərclədik. Ümumilkdə 24 min milyard dollar xərclənib və Amerikada orta təbəqənin məhvindən başqa heç bir şey əldə olunmayıb. Biz gərək bu vəziyyətə son qoyaq.”
O, sözlərinin davamında deyib: Bizim ölkədə qüdrət nümayiş etdirmək üçün strategiyamız həmişə hərbi silahlardan, dünyada qüdrət nümayişi üçün ordudan istifadə etmək olub. Amma çinlilər fərqli bir iş görüblər. Onlar mənim fəlsəfəmi və ümumi strategiyamı qəbul ediblər. Biz körpüləri, limanları, şosseləri və xəstəxanaları bombalamaq üçün 8 min milyar xərcləmişik, amma onlar körpülər, limanlar, şosselər və xəstəxanalar tikmək üçün 8 min milyar xərcləyiblər. Onlar ticari şərik olaraq, bizim Afrika və Latın Amerikası ölkələrinin çoxunda yerimizi tutmaqdadırlar. Brazilya son günlərdə dollardan üz döndərərək Çin valyutasına üz tutub. Ərəbistan da həmin işi gördü.”