Sionist rejimin keçmiş müdafiə naziri Moşe Yaalon, işğalçı ordunun Qəzzədə uşaqları qətlə yetirməsi ilə bağlı Yair Qolanın açıqlamalarını təsdiqləyərək bildirib: Bu əməllər ravvinlərin fətvaları və bəzi israilli siyasətçilərin açıqlamaları ilə tam uyğunluq təşkil edir.
Sionist rejimin keçmiş müdafiə naziri və keçmiş baş qərargah rəisi Moşe Yaalon bildirib: Yair Qolan (rejimin ehtiyatda olan generalı və Demokrat Partiyasının rəhbəri) deyib ki, “ağıllı bir hərbi kabinet mülki vətəndaşlara qarşı müharibə aparmaz, uşaqları “əyləncə” üçün öldürməz və əhalinin zorla köçürülməsini məqsəd olaraq qəbul etməz.”
Yaalon, Qolanın bu açıqlamasına istinad edərək deyib: O, səhv edir; bu, sadəcə bir “əyləncə” deyil, bu açıq-aşkar “etnik və faşist ideologiyadır” ki, bəzi ravvinlərin fətvaları ilə (məsələn: “Qəzzədə günahsız insan yoxdur”) və bəzilərinin “Qəzzə ərəblərdən təmizlənməlidir və oraya yəhudilər yerləşdirilməlidir”, “onları aclıqla tabe edəcəyik” kimi siyasi bəyanatları ilə tam şəkildə üst-üstə düşür. Bu, etnik təmizləmə deyilmi?
İşğalçı ordunun keçmiş Müdafiə naziri və Baş Qərargah rəisi Moşe Yaalon əlavə olaraq bildirib: Bu bir “əyləncə” deyil, dövlət siyasətidir və onun əsas məqsədi hakimiyyəti qorumaqdır. Bu isə bizi fəlakətə sürükləyir. Ona görə də bu siyasət dəyişdirilməlidir.”
Moşe Yaalon sözlərinə belə davam edib: “Netanyahunun kabineti “İsrail”in beynəlxalq mövqeyinə, xarici əlaqələrinə və iqtisadiyyatına ciddi zərbə vurub. Bu kabinet müharibəyə son qoymağa hazır olmadığı müddətcə biz daha çox əsir və hərbçini itirəcəyik. Biz bu korrupsiyalaşmış hökuməti dəyişdirməliyik və vətəndaş itaətsizliyinə qədər etirazlara davam etməliyik.”
Xatırladaq ki, ötən gün İsrail rejiminin Demokratlar Partiyasının sədri Yair Qolan deyib: “Ağıllı bir hökumət mülki insanlarla döyüşməz, uşaqları əyləncə naminə öldürməz və əhalinin zorla köçürülməsinə əsaslanan hədəflər müəyyən etməz. Bu kabinet Yəhudiliklə heç bir əlaqəsi olmayan, kinli və qeyri-əxlaqi insanlarla doludur. Onlar fövqəladə vəziyyətlərdə idarəçilik qabiliyyətindən məhrumdurlar və bu, bizim mövcudluğumuz üçün təhlükədir. Müharibə Ben-Qvir və Smotriçin (sionist rejimin ifratçı nazirləri) arzularının təcəssümüdür. Əgər biz onlara bu arzularına çatmaq imkanı versək, dünya tərəfindən təcrid olunmuş bir hökumətə çevriləcəyik. Müharibə başa çatmalı, girovlar (əsirlər) geri qaytarılmalı və “İsrail” normal vəziyyətinə qayıtmalıdır.”