Xəbər mənbələri bazar ertəsi günü bildiriblər ki, Kiprdəki İngiltərənin hərbi bazasında yerləşdirilmiş ABŞ-ın casusluq təyyarələri Qəzzə üzərində uçmaqla əldə edilmiş məlumatları sionist rejimi ilə paylaşıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, xəbər mediası bazar ertəsi günü hesabat yayaraq bildirib ki, Kiprdəki İngiltərənin hərbi bazasında yerləşdirilmiş ABŞ-ın casusluq təyyarələri Qəzzə və Livan üzərində uçmaqla əldə edilmiş məlumatları İsrail rejiminin ixtiyarına verib.
Xəbər mənbələrinin hesabatına görə, kəşfiyyat məlumatları üçüncü hökumətlərə ötürülüb.
Bu hesabata əsasən, Kipr bazası Qəzzənin bombalanmasından ötrü İsrail rejiminin hücumlarına beynəlxalq hərbi dəstək üçün bir mərkəzə çevrilib. CIA-nın (ABŞ-ın casusluq təşkilatı) casusuluq missiyaları üçün “Akrotri” hərbi bazasından istifadə etdiyi bildirilir.
Bu İngiltərə rəsmisi əlavə edib: “İngiltərə bazasından ABŞ-ın casusluq missiyaları üçün istifadə olunması barədə Kipr hökuməti ilə həssaslıqlar var.
İngiltərə Müdafiə Nazirliyi Kiprdən toplanan məlumatların İsrail rejimi ilə paylaşılıb-paylaşılmadığına aydınlıq gətirməkdən imtina edib.
İngiltərə hökumətinin indiyə qədər mövcudluğuna etiraf etdiyi yeganə ABŞ avadanlığı “U-2” casusluq təyyarəsidir.
Kipr Türk Respublikasının prezidenti “Ersin Tatar” da bazar ertəsi günü bildirib: “Əgər İngiltərənin Kiprdəki öz bazalarından İsrailə silah ötürülməsi üçün bir kanal olaraq istifadə etməsinə dair iddialar doğru olarsa, bu, biz tərəfdən xoş qarşılanmayacaq.”
Qəzetlərdən birinin yazdığına görə, Tatar İngiltərənin belə bir qətliamı dəstəkləməməli olduğunu deyib. O, deyib: “Biz İsrailin Qəzzəyə olan hücumlarını pisləyirik.”
Bir müddət əvvəl də medialar bildirmişdilər ki, ABŞ Hərbi Hava Qüvvələri sionist rejiminin ordusuna kömək çərçivəsində öz təyyarələrini Yunanıstanın paytaxtı “Afina” yaxınlığında yerləşdirmək niyyətindədir.
Yunanıstan qəzetlərindən birinə istinadən verilən məlumata əsasən, “Elefsina” şəhərindəki bazanın İsrail rejiminə kömək üçün ABŞ-ın hərbi təyyarələrinin daşınma mərkəzinə çevrilməsi gözlənilir. 5-8 arası “C-130 Hercules” təyyarəsinin bu hava bazasında yerləşdirilməsi gözlənilir.