İsrail jurnallarından biri hesabatında yazıb: “Sionistlərin Qəzzədə soyqırım törətmələrindən bir il ötdükdən sonra israilli əsgərlər döyüş üçün Qəzzə zolağına qayıtmağı qəbul etmirlər. Onların bir çoxu depressiyadadır və psixoloji zədələrdən əziyyət çəkir.
Bu jurnalın hesabatına görə, bu yaxınlarda İsrail rejiminin “Nahal” briqadasından olan 30 nəfərdən ibarət əsgər heyətinə hərbi xidmətin son dövrü üçün Qəzzəyə getmələrinə göstəriş verildiyi zaman, yalnız 6 nəfər buna etirazını bildirməyib.
İvrit dilindəki qəzetlər işğalçı İsrail qüvvələrinə istinadən üzə çıxarıblar ki, sionist ordusunun minlərlə əsgəri Qəzzə müharibəsindəki təcrübələrinə əsasən, stress pozğunluqlarından, psixoloji problemlərdən əziyyət çəkir və nəzarət altındadır.
Bununla əlaqədar olaraq, intihar edən “İliran Mizrahi” adlı israilli hərbiçinin anası verdiyi müsahibədə deyib: “Övladım Qəzzədən qayıdandan sonra müharibədə gözləri ilə gördüyü şeylər səbəbindən psixoloji problemlə üzləşib və sanki, başqa bir adama çevrilib.”
Bu hərbiçinin bacısı da etiraf edib ki, “Orduya və İsrailin Qəzzədəki bu müharibəsinə görə, qardaşım artıq aramızda deyil.”
D-9 buldozeri ilə 186 gün fəaliyyət göstərən Mizrahi müqavimət döyüşçülərinin RPQ gülləsi ilə vurulub. Müalicəyə aparıldıqdan sonra onun ötən Aprel ayında qorxma və zədələnmə nəticəsində psixi narahatlıq keçirdiyi diaqnozu qoyulub. O vaxtdan etibarən həftəlik müalicə alıb və Qəzzəyə qayıtmağından yalnız iki gün öncə intihar edib.

İsrailli bir həkimin sözlərinə görə, sionist işğalçıları intihar edən əsgərləri barəsində heç bir statistika təqdim etmirlər. Buna görə də, həkimlərin çoxu bu rejimin rəhbərlərinə güvənmir.
Qəzzədə döyüşən israilli əsgərlərin sözlərinə görə, onlar xarici dünyanın həqiqətən də dərk edə bilmədiyi dəhşətli hadisələrin şahidi olublar.