Sionist qəzetlərindən biri Qəzzə müharibəsi başlayan vaxtdan bəri azı 10 min israillinin Kanadaya qaçdığını yazıb.
Sionist qəzeti öz hesabatında Qəzzə müharibəsi (2023-cü ilin Oktyabr ayının 7-də baş verən əl-Əqsa Tufanı əməliyyatından sonra) başlayan vaxtdan etibarən işğal olunmuş ərazilərdən Kanadaya köçün əhəmiyyətli dərəcədə artdığına toxunaraq yazıb: Siyasi sistemə günənsizlik, qarşıdurmaların artması, təhlükəsizlik hissi, sosial ədalətsizlik, əhəmiyyətli məsələlərə nəzarətin olunması və onların idarə edilməsində rejimin bacarıqsızlığı sionistlərin Kanadaya köçməsi və qaçması üçün ilkin amillərdir.
Kanada İmmiqrasiya Departamentinin məlumatına görə, bu ölkə 2023-cü ilin Dekabr ayından 2024-cü ilin Sentyabr ayına qədər israillilərə 3425 müvəqqəti iş vizası verib.
Bundan öncə də ivrit mənbələri hətta Qəzzə zolağında toqquşmaların şiddətlənməsindən əvvəl işğal altındakı torpaqlardan narahat edici köçün artdığı haqda məlumat verib, bildirmişdilər ki, bu köçmələr İsrailin gələcək iqtisadiyyatı üçün həyəcan təbili çalır.
Sionist rejimi 2023-cü ilin Oktyabr ayının 7-dən etibarən Qəzzə zolağına qarşı dağıdıcı müharibəyə başlayıb. Bu müddət ərzində Qəzzə zolağındakı mənzillərin və infrastrukturların 70%-i ciddi şəkildə ziyan görüb. Misli görünməmiş qıtlıq və aclıqla yanaşı mühasirə və humanitar böhran bu bölgənin sakinlərinin həyatını təhdid edir.
Bütün bu cinayətlərə rəğmən, sionist rejimi etiraf edib ki, 1 ildən çox müharibə və hər növ cinayətdən sonra bu müharibədə hələ də HƏMAS-ın məhv edilməsi və sionist əsirlərinin Qəzzədən qaytarılması kimi öz hədəflərinə çata bilməyib.