Sionist rejiminin Kənd Təsərrüfatı Nazirliyi ötən Oktyabr ayının əvvəllərində başlamış Qəzzə müharibəsindən indiyədək hələ də bu rejimə meyvə, tərəvəz və sitrus meyvələr ixrac etməyə davam edən ölkələrin siyahısını dərc edib.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminin Kənd Təsərrüfatı Nazirliyinin bəyanatları onu göstərir ki, ötən ilin Oktyabr ayının 8-dən cari ilin Fevral ayının 11-nə qədər Türkiyə və İordaniya şirkətləri işğal olunmuş ərazilərə ən çox məhsul ixracatına sahib olublar.
Bu hesabata əsasən, Qəzzə müharibəsi başlayan vaxtdan bəri 24 ölkədən olan şirkətlər İsrail rejiminin möhtac olduğu meyvə və tərəvəzi təmin ediblər. Həmçinin bu şirkətlər sionist rejiminə hakim olan kənd təsərrüfatının ərzaq təhlükəsizliyi böhranının həllində və məhsul çatışmazlığı nəticəsində yaranmış qiymət artımı təzyiqinin aşağı düşməsində bu rejimə kömək ediblər.
“Əl-Əqsa Fırtınası” əməliyyatının ardınca, işğal olunmuş bölgədə məskunlaşmış köçkünlər kənd təsərrüfatı sahəsində zərərə uğrayıblar və minlərlə işçi işsiz qalıb.
Türkiyə və İordaniya şirkətləri işğal olunmuş Fələstinə sionist rejiminin Kənd Təsərrüfatı Nazirliyinin siyahısında adları qeyd olunan digər 22 ölkədən 2 dəfə daha çox meyvə və tərəvəz ixrac ediblər. Bu rejimə olan ixracatın 54.66%-ni bu iki ölkənin payına düşüb.
Oktyabr ayının 8-dən Fevral ayının 11-nə qədər Türkiyə və İordaniyadan işğal olunmuş Fələstinə 119.715 ton meyvə və tərəvəz ixrac edilib.
Təkcə Türkiyə şirkətlərti 39.713 ton tərəvəz və alma, İordaniya şirkətləri isə 25.697 ton müxtəlif növ tərəvəz ixrac ediblər. Qəzzə müharibəsi başlayan vaxtdan bəri Türkiyə, İordaniya, Hollandiya, İtaliya, Fransa və Çin bu məhsulları ən çox ixrac edən 6 ölkədir.