Qəzzədə fələstinli qadın və uşaqların öldürülməsinə baxmayaraq, Səudiyyə Ərəbistanı beynəlxalq səviyyədə ilk dəfə olaraq Ər-Riyad Mövsümü Festivalının 4-cü mövsümündə keçiriləcək təlim görmüş itlərin festivalına ev sahibliyi edəcək.
Xarici KİV-in verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanında Ər-Riyad Mövsümü Festivalının 4-cü mövsümü təlim görmüş itlərin 4 sahədə yarışması üçün xüsusi yer ayrılan beynəlxalq səviyyəli ilk festival olacaq.
Səudiyyə Ərəbistanının İctimai Əyləncə İdarəsinin rəhbəri “Türki Ali Şeyx” X sosial şəbəkəsində video paylaşmaqla bu festivalın keçirilməsi barədə məlumat verib.
Sionist rejimi Qəzzədəki fələstinli qadın və uşaqlara qarşı öz tarixinin ən ağır cinayətlərini törətdiyi halda Səudiyyə Ərəbistanı itlər festvalına tədarük görür. Sionist rejimi evlərin yarıdan çoxunu dağıtmaqla insanları didərgin salıb və onlar indi soyuq mövsümdə çadırlarda minimal istilik cihazları ilə, ilkin qida və tibbi imkanlarla üz-üzədirlər.
Fələstindəki ərəblər torpağın, namusun müdafiəsi yolunda, baş ucalığı, kəramət və Allah yolunda şəhid olma uğrunda bir-birləri ilə yarışırlar. Amma Səudiyyə Ərəbistanı bu günlərdə itlərlə müsabiqə keçirir!
Qəzzədəki gənclər və kişilər ən cinayətkar rejim qarşısındakı mühasirədə qələbə qazanırlar, halbuki, Ali Səud itlərlə, rəqs edənlərlə əylənir.

Bu hesabata əsasən, Səudiyyə Ərəbistanındakı itlər festivalı Noyabrın 30-dan etibarən 2 gün ərzində keçiriləcək. O festivalda tazı, çeviklik bacarıqları, işləyən itlər və gözəllik yarışlarında 250-dən çox it iştirak edəcək.
Ər-Riyad Mövsümü Səudiyyə Ərəbistanının İctimai Əyləncə Təşkilatının təşkil etdiyi bir festivaldır. O, musiqi və incəsənətdən tutmuş qida və idmana qədər müxtəlif hadisələrə ev sahibliyi edir.