Sionist köçkünlərinin İordan çayının qərb sahillərindəki Həvareyə qanlı hücumları qarşısında Qərbin sükutu, sionist rejimini bu sükütu köçkünlərinin Fələstin xalqına qarşı terrorunu və irqpərəstliyini davam etdirmək üçün yaşıl işıq kimi qələmə verməsinə səbəb olub.
Sionist rejiminin terrorist, irqpərəst Maliyyə naziri Batsleil Smotrichin ABŞ və Fransaya səfəri, Qərbin insan haqlarını himayə etməkdə riyakarlığına, yalanına ən yaxşı şahiddir. Çünki, elə o, son zamanlar Həvarenin məhv olmasını istəmişdi.
Qərbin sükutu, sionist rejiminin Knessetinin radikal nümayəndəsi Tesfika Fogelin-Həvarenin odda yanmasını görmək istəyirik-deməsinə səbəb olub.
Bitar Ailit şəhərciyinin rəhbəri Mair Robenştaynın “Qüds fələstinlilərinin daimi yaşama kartı” olan göy karta sahib fələstinlilərin də bu şəhərciyə giməyə haqlarının olmamasına dair göstəriş verməsini deməsi, bundan sonra baş verib.
Robenştayn, o kəsdir ki, 1990-cı ildə Qüdsdə qətl ittihamı ilə həbs olunmuş, amma bir müddət sonra kifayət qədər sübutun olmaması iddiası ilə azad olunmuşdu.
Qərb dünyasından istənilən budur ki, irqpərəst sionizmə qarşı mövqe tutsun və əlaqələri normallaşdırmağa çalışan ərəblərə deyiləcək söz budur ki, fələstinlilərlə insan kimi rəftar etməyən, ərəbləri təhqir edən rejimlə necə əlaqələri normallaşdırırsız?!