Beynəlxalq məsələlər üzrə ekspert ötən həftənin çərşənbə günü verdiyi müsahibəsində vurğulayıb ki, İsrail rejimi müxtəlif ölkələrə hücum edir və uşaq qətli törədir, çünki “ağasının” himayəsi altındadır.
Dünyanın müxtəlif ölkələri sionist rejimin İrana hücumunu pisləyiblər, lakin Qərb dövlətləri İsrail rejiminin beynəlxalq hüququ açıq şəkildə pozmasına baxmayaraq, buna laqeyd yanaşıblar. Çünki analitiklərin sözlərinə görə, onlar beynəlxalq qanunlardan yalnız öz məqsədlərinə çatmaq üçün istifadə edirlər.
Beynəlxalq məsələlər üzrə ekspert Seyid Bilal Fatemi müsahibəsində bu mövzunu təhlil edərək vurğulayıb ki, Qəzzədə uşaqların öldürülməsi, Livan, Suriya və İrana hücumlar, eləcə də İranın nüvə alimlərinin terrou, bunların hamısı “beynəlxalq təcavüzdür və beynəlxalq hüquqa əsasən pislənilməlidir.”
Analitik əlavə olraq bildirib ki, bütün bunlara baxmayaraq, İsrail bu əməllərinə görə cavabdeh deyil, çünki “ağasının” himayəsi altındadır.
Fatemi Qərb ölkələrinin beynəlxalq hüquqa qarşı ikili standartlarını tənqid edərək deyib: “İsrailin təcavüzü pislənmədi, İranın sahib olduğu iddia edilən uranla bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yalanı pislənmədi. Amma İran cavab verdikdə, dərhal pisləndi.”