“Əshabi Kəhf” adlı İraqın müqavimət qrupu bəyanat yayaraq İraqda, xüsusən də ölkənin cənubundakı Bəsrə vilayətində Norveç Kəşfiyyat Xidmətinin (NIS) bir neçə üzvünün həbs olunması üçün gecə təhlükəsizlik əməliyyatını öhdəsinə götürüb.
Verilən bəyanatda deyilib: “7.12.2021-ci il tarixində Norveç Kəşfiyyat Xidməti (NIS) ilə əlaqədə olan bir neçə iraqlı həbs olunub. Onlardan kəşfiyyat məlumatları alınmaqla, güclü partlayıcı maddələrin və bu maddələrin böyük miqdardakı əsas mənbələri tapılıb. Həmçinin, iraqda və regionda “İsrail” hədəflərinə ximət üçün Fransa, Almaniya və Norveç kəşfiyyat xidmətlərinin həmkarlığına dair çoxlu sənədlər əldə edilib.
Bu bəyanatda deyilib ki, bu qrup, bu təhlükəsizlik əməliyyatlarının kəşf olunmasından qorxmayıb və onun nəticələrindən qorxmur. Əksinə qorxacaq olan düşməndir ki, gərək öz işlərinin nəticələrindən qorxuya düşsün. Əshabi Kəhf qrupu bunları deməklə və bəyanat verməklə, Almaniya, Fransa və Norveçin İraqdakı kəşfiyyat orqanlarına İraqda sionist rejiminin maraqlarına xidmət olaraq kəşfiyyat fəaliyyətləri barədə xəbərdarlıq edib.