İraqın siyasi hərəkatlarından biri Qərbi Asiyada xaosun üçüncü ssnerasinin “əl-Hol düşərgəsi” kartından istifadə olunmaqla icra olunması və sionist rejimin İraqa hücumu barəsində xəbərdarlıq edib.
“Hərrak Diyalı əs-Səlma” partiyasının sədri Əmmar ət-Təmimi verdiyi müsahibədə bildirib ki, “Orta Şərqdə hərtərəfli müharibə təhlükəsi hələ də var” və 120 il əvvəl əsasını qoymuş genişlənmə xəyallarına inanan sionist rejimi sayəsində Fələstin və Livandakı soyqırım növbəti genişlənmə hərəkətlərinin başlanğıcıdır.
O, əlavə edərək deyib: Əz-Zərqavi və əl-Bəğdadi düşüncələrinin irsi olan, Orta Şərqdə və İraqda xaos yaratmaq üçün planlaşdırılan Suriyadakı insan resurslarına sahib əl-Hol düşərgəsi İraq üçün ən böyük təhdid sayılır. Vaşinqton sionist rejiminə öz genişlənmə layihələrinin icrasına davam etmək, Qəzzə və Livanın cənubundan sonra Orta Şərqdə xaosun üçüncü ssnerasinə tərəf hərəkət etmək üçün şərait yaratmaqdan ötrü istədiyi vaxt bu düşərgəni meydana sala bilər.
Ət-Təmimi sionist rejimin İraqa hücumunun qəti və bu rejimin İraqı hədəfə almayacağını söyləyən hər kəsin xəyalpərəst olduğunu bildirib. Çünki indi böyük planla üzbəüzük. Sionist lobbisinin uzun illərdir Amerika idarəçiliyini əlinə aldığını nəzərə alsaq, Trampın Ağ Evə gəlişi sionist rejimini dəstəkləməkdəki idealarına və ona tam sədaqətinə görə bu planı qabağa aparacaq.

2024-cü ilin Yanvar ayında izdihamlı əl-Hol düşərgəsinin rəhbərliyinin açıqladığı statistikaya əsasən, bu düşərgədə dünyanın azı 45 ölkəsindən və bütünlüklə İŞİD üzvlərinin ailə üzvləri olan 43000-dən çox suriyalı, iraqlı və xarici vətəndaş olub. Bu düşərgəni Suriya Demokratik Qüvvələri (SDQ) kimi tanınan qrup idarə edir. Bu qrupun əsasını Vaşinqtonun dəstəklədiyi kürd qüvvələri təşkil edir.
Düşərgə üzvlərinin çoxu çıxışı qadağan edilən qadınlar və uşaqlardır. Amma bu düşərgədə əksəriyyəti iraqlı və suriyalı olan 3000-ə yaxın kişi də yaşayır. Onlar arasında İŞİD-lə əməkdaşlıqda ittiham olunan köçkünlər də gözə dəyir.
Bu arada İŞİD üzvlərinin yaxın qohumlarının bu düşərgədən İraqa qaytarılması hələ də İraqda mübahisə mənbəidir. İraq İŞİD-lə 3 il müharibəni arxada qoyub və 2017-ci ilin axırlarında İŞİD-I qovmağa və bu terror qruplaşmasının işğalında olan ərazinin üçdə birini azad etməyə müvəffəq olub.
Suriya İnsan Haqlarına Nəzarət Mərkəzi Noyabrın 13-ü açıqlama verərək bildirib ki, cari il ərzində dördüncü dəfə İŞİD ailələrinin əl-Holdan İraqa qaytarılması çərçivəsində bir sıra ailələr bu ölkəyə qaytarılıblar.
İraq hökuməti bu ailələrlə qarşıdurmalara nəzarət məqsədi ilə əvvəlcə onları Neynəva vilayətindəki əl-Cədə düşərgəsində saxlayır ki, tədricən cəmiyyət arasına qaytarsın. İraq vətəndaşlarını əl-Hol düşərgəsindən təhvil almağı qəbul edən az sayda ölkələrdən biridir.



