Beynəlxalq Cinayət Məhkəməsi müharibə cinayəti törətmə və Ukraniyada uşaqların oğurlanması layihəsində əlinin olması ittihamı ilə Rusiya prezidenti Viladimir Putinin həbs olunma hökmünü çıxarıb.
Aktiv sosial şəbəkə iştirakçılarının bir çoxu bu sualı verirlər ki, niyə belə bir hökm, müharibə alovu şölələndirdikləri ölkələrdə yüz minlərlə mülki şəxsin qətlində şərik olan qərb ölkələrinin keçmiş və indiki rəsmiləri barəsində çıxarılmır?
Twitter sosial şəbəkə istifadəçilərindən biri yazıb: Beynəlxalq Cinayət Məhkəməsi ukraniyalı uşaqların yetişdirilməsi və böyüdülməsi üçün Rusiyaya köçürülmə cinayətinə görə, Rusiya prezidenti Viladimir Putinin həbs olunma hökmünü çıxarıb. Halbuki, Amerika Xarici İşlər naziri Madlen Olbrayt, Bill Klintonun prezdentliyi dövründə ABŞ-ın regionda məqsədlərinə çatması üçün 500 min iraqlı uşağın öldürülməsinin zəruri olmasına inanırdı.
Beynəlxalq məsələlər üzrə ekspertlərdən biri yazıb: Rusiya Parlamentinin rəhbəri, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Putinin həbs olunma hökmünün çıxarılmasına verdiyi reaksiyasında deyib: Sizin hökmləriniz Rusiya barəsində doğru deyil. Qərb bilir ki, Putin olduqca Rusiya da var. Buna görə də ona hücum edirlər. Putinin gücü, Rusiya xalqının dəstəyindədir. Buna görə də Rusiya prezidentinə olan hücumu ölkəmizə qarşı təcavüz kimi dəyərləndiririk.
Abbas Əmrullah yazıb: ABŞ-ın zahirdə mehriban və dinc görünən keçmiş 3 prezidenti Bill Klinton, Corc Buş və Barak Obama, 23 il ərzində 9 ölkəyə hücum ediblər və 11 milyon insanın ölümünə, 10 milyonlarla insanın didərgin düşməsinə səbəb olublar. Amma heç kəs onları “müharibə cinayətkarı” adlandırmayıb. Lakin, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa) bir neçə gün əvvəl Putinin bu ittihamla həbs olunma hökmünü çıxarıb.