Pentaqonun 2019-cu ildə başa çatan 5 illik araşdırmaları amerikalı əsgərlərin intihar nəticəsindəki ölüm ehtimallarının düşmən atəşindən 9 dəfə daha çox olduğunu göstərib.
Pentaqonun ABŞ Müdafiə Nazirliyinin Səhiyyə Agentliyi tərəfindən May ayında dərc olunmuş araşdırması 2014-2019-cu illərdə xidmətdə olan əsgərlər arasında ölümün əsas səbəbinin intihar olduğunu göstərib.
Qeyd olunan müddətdə 883 intihar hadisəsi baş verib. Amerikalı əsgərlər arasında ölümün ikinci səbəbi isə qəza hadisələridir ki, bu da 814 nəfərin ölümü ilə nəticələnib. Halbuki, bu müddət ərzində ABŞ ordusunun yalnız 96 üzvü meydanda öldürülüb.
ABŞ qəzetlərindən birinin verdiyi məlumata əsasən, Amerika əsgərləri arasındakı intihar hadisəsi o zamandan bəri də artıb və indiyədək 2024-cü ildə 55 əsgər intihar nəticəsində həyatını itirib.
Amerika ordusunun rəsmiləri bu qəzetə verdiyi müsahibələrdə Amerika cəmiyyətində intihar sayının artmasına işarə ediblər ki, bu da onların sıralarında özünü göstərir.