Çinin Xarici İşlər Nazirliyinin sözçüsü, Amerikanın Suriyada neft oğurlamasına reaksiya bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü “Çay Li Ciyan” vurğulayıb ki, ABŞ hələ də Suriyada neft oğurlamağa davam edir və ABŞ qüvvələrinin Suriyada yerləşmələri beynəlxalq qanunların pozuntusu hesab olunur.
O, həmçinin deyib ki, ABŞ-ın Suriyada hərbi bazaları qanunsuzdur və ABŞ mənafeyinə xidmət üçün bir bəhanə sayılır.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamalarının digər hissəsində deyib ki, beynəlxalq ictimaiyyət Amerikanın atdığı addımlardan xəbərsiz deyil.