Məşhur ivrit qəzetlərindən biri cümə günü səhər işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun yeni rüsyavçılığının təfərrüatlarını və onun, evinin Hizbullah tərəfindən hücuma məruz qalmasından sui-istifadə etməsini ifşa edib.
Qəzet bu barədə yazıb: Netanyahu evindəki dron partlayışı hadisəsini qarşıdan gələn Dekabr ayının 11-də keçiriləcək məhkəmədə ifadəsini təxirə salmaq üçün bir bəhanə edib. Bəhanəsi bundan ibarətdir ki, Hizbullah onun mühakiməsi zamanı Qüdsdəki mərkəzi məhkəmə binasını növbəti bir dronla vura bilər.
Qəzet əlavə edib: Netanyahu mühakiməsini yenidən təxirə salmağı istəyə bilər və görünür ki, o, məhkəmədə iştirak etməyə hazır deyil.
Qəzet, həmçinin vurğulayıb: Bəziləri çalışırlar ki, evi hədəfə alındıqdan sonra təhlükəsizlik səbəbindən və Knessetdəki iclaslarının keçirildiyi yerin hədəfə alınması qorxusundan Netanyahunun gizləndiyi yerin ifşa olunmasının qarşısını almaq üçün qanun qəbul etsinlər, bu qanuna qarşı çıxanlar isə cəzalansınlar.
Qəzet bu rüsvayçılıq barəsində yazıb: Yeni təhlükəsizlik rüsvayçılığı təhlükəsizlik nəzarəti olmadan təyin edilmiş və həssas təhlükəsizlik iclaslarında iştirak edən Netanyahunun sözçüsü ilə bağlıdır. Bu, sözçü Sinvar və digərləri barəsində xarici qəzetlərdən götürülmüş yalan məlumatlar və sənədləri, bəzi təhlükəli və həssas təhlükəsizlik sənədləri dərc edib.
Qəzet, həmçinin vurğulayıb ki, “Mühüm sual budur ki, o, bu işi Netanyahunun yaxud digər partiyaların şəxsi göstərişi ilə, yoxsa öz şəxsi fikri ilə edib?”