Dəməşqin süqutunun birinci günü sionist rejimi Suriya ilə bağlanmış 1974-cü il razılaşmasını ayaq altına ataraq, Suriyanın cənubuna daxil olub və bu ölkənin yeni məntəqələrini işğal edib.
Dekabrın 8-i Dəməşqin süqutunun elan olunmasından sonra sionist ordusunun hərbiçiləri hava qüvvələrinin dəstəyi ilə Suriyanın cənub vilayətlərindəki hərbi obyektləri bombalayaraq, Suriya torpaqlarına daxil olublar.
Sionist hərbiçiləri işğal olunmuş Colandakı sərhəd divarını keçməklə Suriyanın cənubundakı Quneytərə vilayətindəki bölgələrə və Colan yüksəkliklərinə daxil olub, bu bölgələri işğal ediblər.
İsrail qəzetlərindən biri sionist rejimin Suriyanın Colan yüksəkliklərindəki Hail məntəqəsini işğal etdiyini yazıb. İsrail rəsmilərindən birinə istinadən verilən məlumata görə, İsrail Colan yüksəkliklərindəki Hail məntəqəsinə və Suriyanın bəzi bölgələrinə nəzarəti ələ alacağını əvvəlcədən ABŞ-a bildirib.
Dəməşqin süqutunun birinci günü və Netanyahunun 1974-cü il razılaşmasını ayaq altına atması
Sionist rejimin baş naziriDəməşqin süqutunun ilk günü 1974-cü ildə Suriya və İsrail arasında Colanla bağlı bağlanmış atəşkəs müqaviləsini pozub və Hail məntəqəsinin ələ keçirilməsinə göstəriş verib. Bununla da, bu rejim İsrailin Colandakı “coğrafi üstünlüyünün gücləndirilməsi” məqsədi ilə Cəbəl əş-Şeyxin digər bir hissəsini işğal edib.

İsrailin Quneytərədəki quru əməliyyatları ilə eyni zamanda bu rejimin qırıcıları Suriyanın cənubundakı hərbi bazaları bombalayıblar. İsrail mediaları bu addımların profilaktik olduğunu və suriyalı silahlı üsyançıların sionist rejiminə qarşı ehtimal olunan hücumunun qarşısını almaq məqsədi ilə atıldığını iddia ediblər. Halbuki, üsyanlçılar İsrail rejiminə dostluq əli uzadıblar və bu rejimlə yaxşı əlaqələri var.