Sionist rejimin daxili təhlükəsizlik təşkilatının rəhbəri rəsmi şəkildə bildirib ki, bu rejimin baş naziri məhkəmədə ifadə verməmək üçün Şabak-dan sui-istifadə etməyə çalışıb.
İvritdilli qəzetin jurnalisti Maykl Hauser “X” platformasındakı (əvvəlki Twitter) səhifəsində Netanyahuya qarşı ifşa ilə bağlı belə yazıb: “Bum!!! Sionist rejimin daxili təhlükəsizlik təşkilatının (Şin Bet) rəhbəri Ronen Bar qəzetin ifşasını təsdiqləyərək bildirib: “Baş nazir məndən təhlükəsizlik hesabatı təqdim etməyimi istədi ki, bu hesabatda onun təhlükəsizlik şəraiti ilə əlaqədar olaraq məhkəmə iclaslarında davamlı iştirakının mümkün olmadığı və Şabak-ın buna icazə vermədiyi göstərilsin.”
Sionist jurnalist Coş Briner bu ifşa ilə bağlı belə yazıb: Şin Bet rəhbərinin məktubu zəlzələ kimidir. Ronen Bar təsdiqləyir ki, Netanyahu onun məhkəmədə ifadə verməsinin qarşısını almaq üçün Şin Bet-dən istifadə etməyə çalışıb və bu xidmətin imkanlarını İsrail vətəndaşlarına qarşı yönəltmək istəyib. Bu, dəhşətli bir məsələdir. Bu hadisələr cavabsız qala bilməz. Bunlar Netanyahunun əleyhinə cinayət araşdırması tələb edən məsələlərdir və heç bir halda əhəmiyyətsiz sayılmamalıdır.