Sionist rejiminin baş nazirinin oğlu “Yair Netanyahu”-nun ABŞ-ın Mayami şəhərindəki görüntüsünün yayılması sionistləri qəzəbləndirib.
Sionist rejiminin ehtiyatda olan bütün əsgərlərinin Qəzzəyə qarşı müharibə üçün çağırıldıqları halda sionist rejiminin baş naziri Netanyahunun oğlu Yairin ABŞ-ın Mayami şəhərində olması sionist köçkünlərini qəzəbləndirib.
Xarici qəzetlərdən biri, bu barədəki məqalədə yazıb: 32 yaşlı Yair Netanyahu Aprel ayından Floridada yaşayır. Halbuki, İsrail rejiminin ehtiyatda olan 360 min hərbiçisi ilk dəfə olaraq orduya çağırılıb. Onların bəziləri digər ölkələrdəki işlərini tərk edərək İsrailə qayıdıblar.
Qəzet yazıb: Qəzzədə ağır toqquşmalara baxmayaraq, Yair Mayamidə qalmağı və Mayami sahillərində çimməyi qərara alıb. Bu da İsrail ordusunun bir çox zabit və hərbiçisinin qəzəbinə səbəb olub.
