İsrail TV kanallarından biri yaydığı bir hesabatda İranın raket əməliyyatlarından əvvəl Netanyahunun amerikalı bir milyarderin Qüdsdəki evində olması ilə bağlı dərc olunmuş xəbərləri müzakirə edib. Həmin evdə nüvə sığınacağının olduğu bildirilir.
Xarici KİV-in verdiyi məlumata əsasən, İranın işğal olunmuş Fələstinə raket və dron əməliyyatı başlayan ərəfədə bəzi İsrail mənbələri İsrail rejiminin baş naziri “Benyamin Netanyahu”nun “Simon Falik” adlı amerikalı bir milyarderin Qüdsdəki villasına sığındığı barədə məlumat veriblər.
İsrailli mənbələr Simon Falikin evinin raketlər, xüsusən də nüvə raketləri qarşısında dayanıqlı sığınacağa sahib olduğunu bildiriblər.
İsrail medialarında bu hesabatın dərc olunması böyük tənqid dalğasına səbəb olub. Hətta İsrail TV kanallarından biri yenicə verdiyi hesabatda bu məsələyə toxunub və villanın sahibi Simon Falikdən müsahibə götürüb.
İran ötən Aprel ayının ortalarında İsrailin Dəməşqdəki İran İslam Respubikasının konsulluğuna olan hücumuna cavab olaraq İsrail ordusuna aid mövqeləri yüzlərlə raket və dronla hücuma məruz qoydu.
Amerikalı milyarder Simon Falik İsrail TV kanalının müxbirinə verdiyi müsahibədə evində raket hücumuna qarşı hər hansı bir sığınacağın olmasını təkzib edib. O, evinin yalnız ikinci mərtəbəsində təhlükəsiz otaqların və ailəvi kinoteatr üçün zirzəmisinin olduğunu iddia edib.
Bununla belə, İsrail TV kanalı bildirib ki, Falik bu kanalın müxbirinə və onun komandasına bu şübhəli zirzəmiyə baxmağa icazə vermir. Onun əvəzində isə kanala evinin şəkillərini göndərir.
Falik söhbətinin davamında mediaların Netanyahu və həyat yoldaşının İranın əməliyyatından öncə onun villasında olduqları ilə bağlı verdikləri məlumatı təsdiqləyir. Amma bunun yalnız bir görüş olduğu iddia olunur.
İsrail TV kanalı Falikin açıqlamasına şübhə ilə yanaşaraq yazıb: “Əgər bu ailənin villasında təhlükəsiz yer yoxdursa, nəyə görə Netanyahu və həyat yoldaşı o qədər mühafizəçiyə baxmayaraq, evlərini tərk edərək oraya gediblər?”
Bu TV kanal, həmçinin HƏMAS-ın həyata keçirdiyi əməliyyatdan sonra Netanyahunun bir ay müddətində bu villadan istifadə etdiyinə toxunub.
Netanyahunun böhranlı bir vəziyyətdə Falikin evinə getməsi və bu müsahibənin İsrail TV kanalından yayımlanması sosial şəbəkələrdə çoxlu reaksiyalara səbəb olub. Bəzi istifadəçilər bu məsələnin qəbul olunmaz olduğunu bildirib, bu barədə araşdırma aparılmasını istəyiblər.
TV kanalın verdiyi məlumata görə, Netanyahunun ofisi sosial şəbəkələrdə artan reaksiyaların ardınca, deyib: “Baş nazir təhlükəsiz otağa malik olan bir yerdə olmalıdır.”
Verilən bu rekasiyada deyilir ki, Netanyahu Qəzzə mühaibəsinin ilk həftələrində Qeysəriyyədəki öz şəxsi iqamətgahında olub. Amma təhlükəsiz otaqlar olmadığından Qüdsdəki rəsmi qərargahında ola bilməyib. Buna görə də, onun rəsmi iqamətgahında təhlükəsiz otaq tikilənə qədər Falikin villasından istifadə edib.