Sionist mediyaları rejimin baş naziri əleyhinə olan nümayişlərin polis tərəfindən əzilməsini nümayiş etdirən şəkillər dərc edib.
Şənbə günü sionsit rejiminin baş naziri “Benyamin Netanyahu” əleyhinə olan nümayişlər zorakılığa çevrilib.



Bu nümayişlər 8 həftədir ki, on minlərlə insanın Tel-Əvivdə, işğal olunmuş Qüdsdə və Hayfada toplaşması ilə hələ də işğal altındakı torpaqlarda davam etməkdədir. Sionist mediyaları bu nümayişlərdə 300 min nəfərin iştirak etdiyini təxmin ediblər.
Bu nümayişlər Tel-Əvivdə, işğal olunmuş Qüdsdə və Hayfada sionist rejiminin Nazirlər Kabinetinin “məhkəmə sistemində islahatlar” adlandırdığı layihəyə etiraz olaraq həyata keçirilir. Netanyahunun başçılıq etdiyi sionist rejiminin Nazirlər Kabineti, Yanvar ayının 4-ü “məhkəmə sisteminin islahatlar”-ı üçün layihə təqdim edib. İllərdir fəsad, rüşvət və əmanətə xəyanət ittihamları ilə məhkəmə nəzarəti altında olan Netanyahu, “məhkəmə sistemində islahatlar” adlandırdığı layihə ilə məhkəmədən qaçmaq fikrindədir.
Sionist rejiminə bağlı qəzetlərdən biri verdiyi hesabatda bildirib ki, Tel-Əvivin Ayalon prospektində keçirilən nümayişlər polis qüvvələri ilə etirazçılar arasındakı gərginliklə nəticələnib. Bu hesabata əsasən, sionist rejimi polisi ilə etirazçılar arasında baş verən toqquşmadan sonra onlarla qüvvə hadisə yerinə göndərilib.
Digər bir sionist qəzeti də verdiyi məlumatda deyib ki, bu rejimin polisi, asayişin pozulması və Ayalon şossesinin bağlanmasına görə 21 nəfər etirazçını həbs edib.