Partlayıcı silahlar üzrə ekspertlərdən biri Qəzzənin mərkəzində yerləşən Nəsirat düşərgəsindəki UNRWA məktəbinə 45 nəfərin şəhid olması ilə nəticələn hücumda ABŞ istehsalı olan silahlardan istifadə olunduğunu bildirib.
ABŞ-ın məşhur xəbərt agentliyi adı çəkilməyən bu ekspertə istinadən bildirib ki, bu hücumda GBU 39 bombalarından istifadə edilib.
Artıq ikinci dəfədir ki, ABŞ-ın silah-sursatları fələstinli qaçqınlara qarşı istifadə edilir.
Bu növ silahlar ilk dəfə May ayının 26-da Rəfəhdə fələstinli qaçqınlaın düşərgəsinə qarşı istifadə edilib. Nəsirat düşərgəsində 20 min fələstinlinin məskunaşdığı bildirilib.
Bu hücumdan sonra ABŞ prezidenti Co Bayden dünya ölkələrinin ondan sionist rejiminə silah göndərməklə bağlı siyasətini dəyişməsini və onu dayandırmasını istəmələrinə baxmayaraq, o, bunu etməyib.