Beynəlxalq Sənədlər Mərkəzinin müdiri deyib: İnsan haqları təşkilatları faktiki həqiqətlərin əksinə olaraq Amerika və Qərb ölkələrinin insan haqlarından danışarkən sadiq olduqları barədə pozitiv fikirdədirlər.
Beynəlxalq Sənədlər Mərkəzinin müdiri Cihad Səəd Əl-Aləm telekanalı ilə müsahibəsində deyib: Həqiqət bundan ibarətdir ki, ABŞ və sionist rejim Səudiyyə Ərəbistanı krallığının vəliəhdinə çox təhlükəli bir iş tapşırıblar. Çünki o, hətta Ərəbistan krallığının sonlandıra biləcək qədər uçuruma getmə imkanı olduğunu göstərib.
O, deyib: Ərəbistan vəliəhdi Məhəmməd Bin Salman eynilə Atatürkün yolunu gedir. Mustafa Kamal Atatürk islam dünyasının qərbpərəst simalarındadır. Elə bu cəhətdən də sionist və ingilis imperializmi öz məqsədlərinə çatmaq üçün ondan istifadə edərək Türkiyədə hakimiyyətə yerləşdirmişdilər.
Atatürk sekularizm və nasionalizm tərəfdarı idi. O, türklərin islamla və Osmanlı İmperiyası ilə əlaqədar tarixini dərsliklərdən çıxararaq Türkiyə konstitusiysındakı bütün qanunların islamofobik və qərbpərəst yönümlü olması üçün əlindən gələni əsirgəməmişdi.
Beynəlxalq Sənədlər Mərkəzinin müdiri Cihad Səəd həmçinin Bin Salmanın ilk başdan sionist və Qərb ölkələrindən dəstək aldıqlarına işarə edərək deyib: O, səhv belə olarsa onların əmrini yerinə yetirir. Ona həvalə edilən bu təhlükəsi vəzifənin qarşısında Camal Qaşıqçının qətli, dr.Abdullah Əl-Həmid, Şeyx Həsən Fərhan Maliki kimi digər alimlərin başçılıq etdiyi müxaliflətin həbsxanalarda öldürülməsi çox kiçik bir məsələdir.
Cihad Səəd sözlərinə davam edərək deyib: ABŞ prezidenti Co Baydenin hakimiyyətə başladığı elə ilk günlərdə Bin Salmanla necə rəftar olunacağı barədə münaqişələr var idi. Bu elə bir həddə gəlib çatdı ki, Bayden bir çıxışında belə demişdi: Siz Məhəmməd Bin Salmanı kənara qoyub ona dəstək verməyə bilməzsiniz. Çünki bu, “biz ərəb diktatorlarını dəstəkləyirik” kimi çox pis bir mesaj kimi qəbul oluna bilər.
Cihad Səəd həmçinin ölkə diplomtiyasının toxunulmazlığı əsasında Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın məqamının dəyişməsini gözləyən Qərbin mövqeyinə işarə edərək deyib: Bin Salmanın Fransaya səfəri bir növ ABŞ-a səfərinin müqəddiməsidir.