Bir sionist televiziya kanalı Səudiyyə Ərəbistanın yüksək rütbəli məmurlarına istinadən Riyadın Tel-əvivlə əlaqələrinin normallaşdırılmasının dəqiq olması və bu prosesin irəli getməsi ilə bağlı Səudiyyə vəli əhdinin tələbləri siyahısı barəsində xəbər verib.
Xarici KİV-in verdiyi məlumata görə, bir sionist TV kanalı, Səudiyyə Ərəbistanın yüksək rütbəli məmurlarına istinadən dərc etdiyi hesabatda bildirib ki, Ərəbistan-İsrail əlaqələri normallaşmağa doğru gedir və yalnız zaman mövzusu ortadadır (zamana ehtiyac var).
İbn Salman bu iş üçün bəzi şərtlər irəli sürüb; Ərəbistan-Amerika ittifaqına təkid, silahların göndərilməsini izləmək öhdəliklərinə Ərəbistanın NATO ölkələrindən birisi kimi göstərən formada bağlı olmaq və ərəbistanlılara mülki və məhdud nüvə proqramı üçün böyük uran ehtiyatlarından istifadə etmə icazəsi verən razılaşma, o şərtlərdəndir.
Bu hesabata əsasən, Səudiyyə Ərəbistanının Xarici İşlər nazirinin müşaviri “Adil əl-Cübeyr” bir neçə həftə öncə amerikalılarla keçirilən iclasda deyib: Ərəbistan və İsrail münasibətləri normallaşmağa doğru gedir, amma çox uzun çəkəcək və biz arabanı atın qabağına qoymamalıyıq.
Sionist mediyası bu barədə “rəsmi sənəd”-in olmasına işarə edərək yazıb ki, Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin qabağa getməsi müqabilində Vaşinqtona yönəlmiş tələblər siyahısı təqdim edib və orada Fələstin mövzusundan heç bir söz deyilməyib.
Bu hesabat görə, Adil əl-Cübeyrin həmçinin, bir neçə həftə əvvəl Vaşinqtonda Yəhudi icması səlahiyyətliləri ilə görüşü olub və həmin görüşdə Tel-əvivlə Riyadın gələcək münasibətləri barəsində mesajlar verib.
Bu rəsmi sənədə əsasən əl-Cübeyr etiraf edib ki, İsrail və digər (Fars) Körfəzi ölkələri uzun illər öncə münasibətlərin tədrici normallaşmasına başlayıblar və bu proses yetkinləşməlidir.