Səudiyyə rəsmilərinin Ramazan ayında köməklərin yığılması və ölkə mediyasında namazların yayımlanmasına qarşı qəbul etdiyi qadağa, geniş müzakirəyə səbəb olub.
Mübarək Ramazan ayının başlanmasına 3 həftədən az bir vaxtın qadığı halda Səudiyyə rəsmiləri məscidlərdə iftar süfrələrinin salınmasına icazə verib, amma namazların mediyalarda yayımlanması və məscidlərdə maddi köməklərin yığılmasını qadağan ediblər.
Sosial şəbəkə istifadəçiləri deyiblər ki, namazların Ramazan ayında mediyalar tərəfindən yayımlanmasına qarşı qadağa, Ramazan ayına hakim olan mənəvi abu-havanı namaz qılmayanlar üçün müəyyən həddə azaldacaq.
Ərəbistanın İslami İşlər naziri “Əbdul- Lətif Ali-Şeyx”, bir bəyanatda Mübarək Ramazan ayı ilə bağlı göstərişlər barədə xəbər verib. Bu göstərişlərdən biri namaz qılarkən imam camaatın və namaz qılanların video lentə alınaraq yayımlanması üçün məscidlərdə mövcud olan kameralardan istifadə edilməməsidir.
Həmçinin, Ərəbistandakı heç bir məscid işçisinin oruc tutanlara iftar vermək və digər nəzərdə tutulan işlər üçün maddi yardımlar yığmaq icazəsi yoxdur. Bu layihələr məscidlərin və hazırlanmış məkanların daxilində məscidin imamı ya da azan verəninin öhdəsindədir.