Tehran Prokurorluğunda xüsusi qərargahın yaradılması ilə bağlı olaraq, sionist rejimə bağlı olan bir əməliyyat qrupu müəyyən edilib və bu məsələ ilə əlaqəli 28 nəfər saxlanılıb.
Ümumilikdə, Tehran Təhlükəsizlik Prokurorluğunda Mossad-la əlaqəli şəxslərə qarşı 15 cinayət işi açılıb.
Xarici KİV-in verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin Media Mərkəzinin açıqlamasına görə, sionist rejimin İrana qarşı açıq təcavüzünün başlanğıcından etibarən, Tehran Prokurorluğunda xüsusi qərargah yaradılıb. Məhkəmə qərarı əsasında, təhlükəsizlik və kəşfiyyat qurumlarında fəaliyyət göstərən “İmam Zamanın (ə.c) gizli agentləri”, sahə müşahidələri və strateji əməliyyatlar həyata keçirərək sionist rejimin terrorçu kəşfiyyat xidməti ilə əlaqəli şəxsləri müəyyənləşdiriblər.
Bu fəaliyyətlərin nəticəsində, 15 ayrı hüquqi iş üzrə 28 nəfər təqsirləndirilən şəxs Tehran Təhlükəsizlik Prokurorluğuna təqdim olunub.
İslam Respublikasının Polis Komandanlığı isə sionist rejimin hərbi təcavüzünün ilk saatlarında verdiyi bəyanatda vətəndaşlardan şübhəli hallarla qarşılaşdıqda dərhal polis təcili yardım mərkəzi -110 ilə əlaqə saxlamalarını xahiş edib.
Bu çərçivədə, Rey Şəhərinin Polis Komandanı bildirib ki, Fəşafuye bölgəsində keçirilən iki ayrı əməliyyatda Mossad-ın daxili agentlərindən olan 2 nəfər tutulub. Onlardan 200 kiloqramdan artıq partlayıcı maddə və hərbi avadanlıq, 23 ədəd pilotsuz uçuş aparatı (PUA), lanserlər və idarəetmə sistemləri, eləcə də bir Neysan markalı avtomobil ələ keçirilib və müsadirə olunub.
Bu hadisə ölkə daxilindəki təhlükəsizlik strukturlarının yüksək hazırlıq vəziyyətində olduğunu və xarici təxribatlara qarşı ciddi tədbirlər gördüyünü göstərir.