“İsrail”-in Mossad təşkilatı İranın raket sənayesinə ən böyük zərbəni vurmaq istəyirdi. Buna baxmayaraq, İran təhlükəsizlik orqanları son on illiklərdə Mossad Casusluq Təşkilatının İrana qarşı ən böyük əməliyyatı kimi təsvir olunan səylərini Mossad üçün ən böyük rüsvayçılığa çevirdilər.
Bu yazıda İranın raket sənayesinə qarşı təxribat xarakterli əməliyyatın təfərrüatı barəsində İranın Müdafiə Nazirliyinin bəyanatında gələnləri təkrarlamaq istəmirik. Amma bu təfərrüatlarda mövcud olan çoxlarının kənarından sadəliklə keçdiyi məlumatlardan birinə toxunmaq fikrindəyik. Bu mövzu İranın təhlükəsizlik orqanlarının Mossad-ı necə öz xidmətlərinə cəlb etdiyini göstərir.
Bu məlumat İranın Müdafiə Nazirliyinin sözçüsü general-mayor Rza Təlayi Nikin, Mossad-ın İranın raket sənayesi dövriyyəsinə daxil etməyə cəhd göstərdiyi minlərlə partlayıcının necə kəşf olunması və bu əməliyyatın təfərrüatı barəsində danışdığı zaman sözlərində bəyan olunub. Bu bombalar elə bir tərzdə proqramlaşdırılmışdılar ki, raketlərə qoşulduqları zaman öz-özünə partlasınlar.
Bu əməliyyatın ip ucunun 2016-cı ilə qayıtdığını bilirik. İran o zaman raket üçün lazım olan bütün hissələrin istehsalında özünü təmin etmə həddində deyildi. Bu hissələrdən biri, biri 10-32 pin kabelə sahib iki ayrı hissədən təşkil olunmuş 7 sm uzunluğunda “keçirici” idi. Bu hissənin işi raketi yönləndirməkdir. Onun diametri 2-3 sm və daxili yivləri çox kiçikdir. Mossad agentləri bağlayıcıların hamısında olmasa da, onların bəzilərində xarab olmasına səbəb olan elektrik dövrüyəsi yerləşdirmişdilər.
Diqqət olunası məsələ budur ki, Mossad, bu mövzudan xəbəri olan İranın Müdafiə Nazirliyinin İnformasiya Mühafizə Xidmətinin iformasiya monitorinqindən xəbərsiz idi. Əksinə, İranın təhlükəsizlik pozuntusunu başa düşmədən bağlayıcıları bu ölkəyə təhvil verdiyini düşünürdü.
Halbuki, bağlayıcılardakı təxribat raket sisteminə daxil olmazdan əvvəl Təhlükəsizlik Mühafizə Orqanı tərəfindən aşkarlanmışdı. Belə ki, texniki bölmə və texniki laboratoriyalar tərəfindən onların bir çoxunun dəqiq araşdırlmasından sonra bu bağlayıcıların heç biri İranın raket sisteminə daxil olmamışdı. Əvəzində isə onlardan yenidən istifadə etmək üçün bu nasazlıq aradan qaldırılmışdı.
Mossad İran təhlükəsizlik orqanlarının onların planını aşkarlamadıqlarını güman edirdi. Bu gümanla da minlərlə birləşdirici parçanı aşağı qiymətə öz muzdurlarının ixtiyarına vermişdi ki, birləşdiricilərdə nasazlıq yaratdıqdan sonra onları İrana göndərsinlər. Amma bunun müqabilində, İran bu bağlayıcıları ucuz qiymətə əldə etdi və onların nasazlığını aradan qaldıraraq raket istehsalında istifadə etdi. İranda raket istehsalı xərclərinin bir neçə il aşağı düşməsinə səbəb olan uğur!
Bu kələk təkcə Mossad-ı aldatmadı, həm də ABŞ-ın CIA təşkilatı kimi Mossad-la əlbir olan digər ölkələrin bütün kəşfiyyat orqanlarını aldatdı; proqramının uğurlu olduğu təqdirdə İrana 19 milyon dollardan çox zərər vuracağını güman edən CIA təşkilatı.