İran Təhlükəsizlik Nazirliyi bildirib ki, Mossada bağlı casus-terror qruplaşmalarının 23 üzvü müəyyən olunub və indiyədək ölkə daxilində olan 13 nəfəri həbs olunub, müxtəlif əməliyyat avadanlıqları aşkarlanaraq götürülüb.
Nazirliyin bəyanatında deyilir: Nazirliyin 22 Dekabrda Mossad casusluq-terorizm təşkilatının 4 əməliyyat qrupuna vurduğu zərbə ilə bağlı verdiyi informasiyanın ardınca, İran xalqının nəzərinə çatdırır ki, “İmam Zamanın (ə.c) gizli əsgərləri”-nin ardı-arası kəsilməyən səyləri nəticəsində bu qrupların sayı 6-ya çatıb. Bu terorist şəbəkəsinin 23 əməliyyat və dəstək üzvü Tehran, İsfahan, Yəzd, Qərbi Azərbaycan və Gülüstan vilayətlərində müəyyənləşdirilib və ölkə daxilində olan 13 nəfəri həbs olunub, müxtəlif əməliyyat avadanlıqları aşkarlanaraq götürülüb.
Bu şəbəkənin rəhbəri, Avropa ölkələrindən birində yaşayan “Sirus” ləqəbli biri olub, “İnstagram” və “Whatsapp” sosial şəbəkələri vasitəsi ilə ölkə daxilindəki əməliyyat ünsürlərini müəyyən edərək onlarla ilkin əlaqələr qurub.
Son məlumatlara əsasən, Mossad casusluq-terorizm təşkilatı, İranın bəzi yerlərində baş vermiş son ixtişaşlardan istifadə etməklə bir hərbi məmuru terror etmək və ölkənin böyük şəhərlərində təxribat əməlləri yerinə yetirmək niyyətində olub. Həmçinin, ölkənin cənubundakı dəniz sərhədlərindən yüksək miqyasda partlayıcı maddələr keçirmək istəyib. Amma həmd olsun Allaha ki , əməliyyat və dəstək ünsürləri hər hansı bir addım atmamışdan öncə müəyyənləşdirilərək zərərsizləşdirilib.
Beləliklə, bu, müvəqqəti və saxta sionist rejiminin əməliyyat və informasiyanın 6 aydan az bir vaxt ərzində ikinci böyük məğlubiyyətidir. Onlar həmişə fədakar, şücaətli və İran İslam Respublikasının təhlükəsizliyini qoruyan həmişə oyaq kişilərin qəti cavabı ilə üz-üzə olub, olacaqlar.