Yəmən Xarici İşlər nazirinin müavini deyib ki, Millətlər Təşkilatının baş katibi və onun Yəməndəki nümayəndəsi, Yəmənin mühasirəsinin davam etməsinin əsl təqsirkarlarıdırlar.
Yəmən Xarici İşlər nazirinin müavini “Hüseyn əl-Uzzi”, ötən həftənin bazar günü Millətlər Təşkilatının Yəmənə aid bir gəminin buraxılmasının qarşısını alması xəbərini verib.
Əl-Uzzi, deyib: “Yəmənə doğru hərəkət edən gəmilərin yoxlanılması və buraxılmasına məsul olan Millətlər Təşkilatının qüvvələri, heç bir dəlil olmadan lazım olan lisenziyanı verməyiblər. Bu da Yəmənin mühasirəsinin ağırlaşması ilə nəticələnib.”
O, Millətlər Təşkilatının baş katibi “Antonio Quterres” və onun Yəmən işləri ilə bağlı xüsusi nümayəndəsi “Hans Qrundberg”-i Yəmən xalqıının mühasirə olunmasının əsl təqsirkarları olduğunu bildirib.
Eyni zamanda Səna Əl-Cumhuri xəstəxanasının rəhbəri “Muhəmməd Tahir əl-Cahaf”, deyib ki, Yəmənin, xüsusəndə Səna hava limanının mühasirə olunması qaraciyər problemləri ilə bağlı ölüm saylarının artmasına səbəb olub.
Onun sözlərinə görə, 11 milyon yəmənli qaraciyər problemlərinə düçardırlar və bu problem Yəməndə ölüm sayının çoxalmasına səbəbdir. Yəmənin mühasirə olunması qaraciyər xəstəliklərinin 30% artmasına səbəb olub.
Yəmən Səhiyyə Nazirliyinin Qaraciyər Təbabəti və Tədqiqat Mərkəzinin rəhbəri “Muhəmməd əl-Heymi” də deyib: “Mühasirə, qaraciyər xəstəlikləri və xərçəngi, həmçinin, bağırsaq və böyük bağırsaq xərçənginin miqdarını artırıb.”
Səudiyyə-ABŞ koalisiyası tərəfindən 8 illik tətbiq olunan müharibə və mühasirə, Yəməndə tibb və sağlamlıq mərkəzlərinin yarısının məhv olmasına səbəb olub. Zərər görməyən mərkəzlər isə yanacaq olmadığından aşağı tutumlu xidmət göstərirlər.