“Microsoft”un 50 illik yubiley tədbiri zamanı şirkətin əməkdaşı Microsoft-un İsrail ordusu ilə əməkdaşlığına etiraz olaraq yüksək vəzifəli şəxsin çıxışını kəsib.
Redmondda keçirilən Microsoft-un 50 illik yubiley tədbiri zamanı İbtihal Əbu Səd adlı şirkət əməkdaşı Microsoft-un İsrail rejimi ilə əməkdaşlığına etiraz olaraq süni intellekt bölməsinin baş icraçı direktoru Mustafa Süleymanın çıxışını yarımçıq kəsib.
Süleymanın “Microsoft”un süni intellekt köməkçisi ilə bağlı çıxışı zamanı onun sözünü kəsərək “(Qəzzədə) 50.000 adam öldürülüb. Microsoftun əlində bölgə xalqının qanı var və (Qəzzədə) soyqırımda iştirak edir.” deyib.
İbtihal Əbu Səd mərasimin spikerinə müraciət edərək deyib: “Sən özün suriyalısan”. Siz bu müharibədən faydalanırsınız. Ayıb olsun sənə. Süni intellektdən istifadə edərək soyqırım törətməyi dayandırın. Bütün Microsoft-un əlində qan var. Şirkətiniz uşaqları qətlə yetirərkən necə bayram edə bilirsiniz?
Associated Press-in verdiyi məlumata görə, Qəzzə və Livan müharibələrində bombardman hədəflərinin seçilməsi üçün İsrailin hərbi proqramı çərçivəsində Microsoft və OpenAI süni intellekt modellərindən istifadə edilib.
Bu hadisəyə cavab olaraq, Microsoft bu hərəkətdən sonra Əbu Səd və başqa bir etirazçı işçinin iş hesablarına daxil olmasını bloklayıb.