Microsoft şirəti, şirkətin mərkəzi ofisində Qəzzə müharibəsində həyatlarını itirmiş fələstinlilərin xatirəsini anmaq üçün mərasim keçirdikləri üçün iki əməkdaşını işdən çıxarıb.
Bu iki işçi verdikləri müsahibədə bildiriblər ki, ötən həftənin cümə axşamı günü Microsoft-un Redmonddakı qərargahında anım mərasimi keçirdikdən bir neçə saat sonra telefon zəngi ilə işdən qovulublar.
Hər iki işçi Microsoft-un İsrail rejiminə bulud hesablama texnologiyası satmasına qarşı olan “Azure aparteid üçün deyil” adlı işçi qrupunun üzvləri olub. Onlar bildiriblər ki, cümə axşamındakı mərasim Microsoft şirkətinin digər işçilərinin dəstəyə ehtiyacı olan insanlar üçün keçirdikləri mərasimlər kimi olub.
Tədqiqatçı və məlumat alimi Əbdeh Məhəmməd eyib: Microsoft-da ailəsini, dostlarını və ya yaxınlarını itirmiş bir çox icma üzvümüz var. Amma Microsoft bir yerə toplaşaraq qəm qüssəmizi bölüşmək və artıq özləri danışa bilməyən insanların xatirəsini əziz tutmağımız üçün bizi yerlə təmin edə bilməyib.
Microsoft şirkəti cümə günü açıqlama verərək bildirib ki, daxili siyasətə uyğun olaraq bəzi insanların xidmətinə son qoyub. Amma geniş məlumat verməkdən çəkinib.
Misirdən olan Məhəmməd iş vizasını köçürmək və deportasiyadan qaçmaq üçün növbəti iki ay ərzində yeni işə ehtiyacının olduğunu deyib.
Qovulmuş işçilərdən biri Həssam Nəsr də bildirib: Bu mərasimin keçirilməsində məqsəd həm Qəzzədə fələstinlilərə qarşı baş verən soyqırımda həyatlarını itirmiş insanlara ehtiram və həm də Microsoft şirkətinin texnologiyasının “İsrail” ordusu tərəfindən istifadə edildiyinə görə onun da soyqırımda əlinin olmasına diqqəti yönəltmək idi.