Xarici KİV-in Meta şirkətinə istinadən verdiyi xəbərə görə, ABŞ, sosial şəbəkə istifadəçilərini aldatmaq üçün facebook və instagramda saxta hesablar yaradıb. “Meta”da təhlükəsizlik mütəxəssisləri, bu platformalarda zahirdə hüquqi hesablar kimi fəaliyyət göstərən saxta qrup hesablarından bir neçəsini aşkar edib. Bu hesablar yalnız Meta platformalarında deyil, Twitter, Youtube və Telegram kimi sosial şəbəkələrdə də mövcuddurlar.

Aparılmış tədqiqatlara əsasən, bütün dünyada Qərbin dəstəyinin inkişafı üçün uzun illər bu hesablardan istifadə olunub.
Meta, bu cür aldadıcı kampaniyaları dayandırmaq üçün bu şirkətin təhlükəsizlik qruplarının səylərinin təfərrüatını izah edən son hesabatında deyib: Bu əməliyyatların arxasındakı şəxslər kimliklərini gizlətmək üçün sey etmələrinə baxmayaraq, bizim tədqiqatlarımız ABŞ ordusundakı şəxslərlə əlaqəni kəşf edib.
Facebook, Qərbi Asiyanın cənubunu hədəfə alan saxta sosial media kampaniyası şəbəkəsini ABŞ ordusuna nisbət verib və əlavə olaraq deyib ki, təkcə instagramda təxminən 39 facebook hesabı, 16 səhifə, 2 qrup və 26 iştifadəçi hesabını silib.
Bu yazılar Əfqanistan, Əlcəzair, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Rusia, Somali, Suriya, Tacikistan, Özbəkistan və Yəmən kimi bir çox ölkələrə yönəlib,amma, əsasən uğursuz olub.
Meta xatırladıb ki, bu hesablar Twitter, Youtube və Telegram kimi platformalarda fəaliyyət göstərib və diqqət mərkəzində olan ölkəyə aid videolar, məqalələr, şəkillər və s. paylaşıblar.
Metanın bəyanatında deyilir: Bu hesabların arxasındakı şəxslər əsasən, ərəb, fars və rus dillərində xəbərlər, cari hadisələr, o cümlədən terorizmlə bağlı narahatlıqlar, Birləşmiş Ştatların ordusunu tərifləmək və korona epidemiyası barəsində məlumatlar paylaşıblar.
Graphika və Stanforddakı müstəqil tədqiqatçılar tərəfindən verilən hesabata əsasən, bu hesablar məsələn, Qərbi himayə edən və Rusiyanın əleyhinə olan xəbərləri göndərir və camaatı ABŞ ordusunun internet saytlarına yönəldirdilər.